Ögey qızı ilə evləndiyinə görə peşman deyil

Ögey qızı ilə evləndiyinə görə peşman deyil
2 dekabr 2013
# 08:45

Kulis.az rejissor Vudi Allen haqda beş maraqlı faktı təqdim edir.

Səhvdir: “Oskar” mərasiminə heç vaxt qatılmayıb

23 dəfə namizəd göstərilib, 4 dəfə “Oskar” alıb. Belə əfsanə dolaşır ki, guya Vudi Allen heç vaxt “Oskar” mərasiminə qatılmayıb. Qatılıb, amma mükafat almaq yaxud təqdim etmək məqsədi ilə deyil, çox sevdiyi Nyu-Yorkun xətrinə. 2002-ci ildə 11 sentyabrdan sonra düzənlənən ilk mərasimdə terrorda ölənlərin ruhunu şad etmək üçün ən romantik Nyu-York filmlərindən video rolik hazırlanmışdı. Həmin roliki təqdim etmək Vudi Allenə həvalə olunur. O da sevdiyi şəhərin naminə buna razı olur. Və təqdimatda o bu sözləri deyir: “Dörd həftə əvvəl evdə oturmuşdum, birdən zəng gəldi. Zəng eləyən Oskar Akademiyanın nümayəndəsi idi. Panikaya düşdüm. Elə bildim verdikləri “Oskar”ları geri istəyirlər...” Sözügedən təqdimata dəvət edildiyini bilən Vudi “Nyu York üçün hər şeyi edərəm”- deyib razılaşır...

Doğrudur: Ssenarilərini eyni masada, eyni makinada yazır

Asisstenti yoxdur, ofisi yoxdur, ssenarist komandası yoxdur. Ssenarilərini evində, yatağının yanındakı iş masasında, makina ilə yazır. “Alman markası “Olimpus”. 30 ildir bu makinada yazıram. Qeydlərimi heç kim başa düşə bilməz”.

Doğrudur: Aktyor seçimi 10-15 saniyə sürür

Filmə aktyor heyətinin seçilməsi prosesində Allenin özünəməxsus və qeyri-adi ritualları var. 40 ildir-ilk filmindən bəri-eyni kastinq rəhbəri Culliyet Teylor ilə işləyir. Seçim prosesində Vudo otağın bir küncündə eləcə səssiz-səmirsiz oturur. Ssenari yox, məşq yox. Aktyora sadəcə bir nəzər salması bəs edir. 10-15 saniyə içində aktyor “gəldiyiniz üçün təşəkkür edirik” deyib yola salır.

Səhvdir: Çəkilişlərdən qabaq Hollivud ulduzları ilə qaynayıb-qarışır

Aktyorların dilindən “Vudi… Vudi…”-nin əksik olmamağına baxmayın. Təkliflərin verilməsi, ssenarilərin çatdırılması qeyri-adi rituallarla həyata keçirilir. Ssenari için Vudinin komandasından biri Nyu-Yorkdan çıxıb aktyorun evinin olduğu şəhərə uçur. Səhər tezdən aktyorun evinə çatan nümayəndə ssenarinin bir nüsxəsini ona verir və axşam saat 5-ə qədər oxuyub qərar verməsi üçün qapının ağzında gözləyir. Məqsəd odur ki, aktyor ssenarini başqalarına ötürə bilməsin. Ssenarinin kənarına Vudi Allen bir qeyd də yazıb yapışdırır: “Salam, Skarlett. Bu yay Londonda bir film çəkirəm. Noa Rays obrazını sənin canlandırmağını istəyirəm. Ümid edirəm ssenarini bəyənəcəksən. Bəyənməsən kağızları məhv et. Ümid edirəm bir gün birlikdə işləyə bilərik… Böyük heyranınam…”

Doğrudur: Ögey qızı ilə evləndiyinə görə peşman deyil

“Qalmaqalımı? Nə qalmaqalı?”- deyir Allen. 1992-ci ildə Vudinin 10 illik sevgilisi Mia Forrounun 20 yaşındakı qızlığı Sun Yiyə aşiq olduğunu etiraf etdiyi günə dönək. Forrounun Allenin siyirməsindən qızın çılpaq fotolarını tapması ilə başlayan qalmaqal uzun müddət “Time”, “Newsweek” kimi jurnalların üz qabığından düşmədi. “New York Times”ın, “Daily Mail”in manşetlərinə mövzu oldu. Ancaq Vudi Allen bu qalmaqallara ironiya ilə yanaşırdı. Müsahibələrinin birində deyir: “Mən burda heç bir skandal görmürəm. Mən bir qızla tanış oldum, ona vuruldum və evləndim. 15 ildir çox xoşbəxtik. İnsanlar bunu skandal kimi görə bilər. Mənim üçün problem deyil.

Mənbə: “Hürriyet.com.tr”

Qeyd: Dünən Vudi Allenin 78 yaşı tamam olub.

# 7154 dəfə oxunub

Oxşar xəbərlər

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

16:00 7 oktyabr 2026
"Emmi"  televiziyada yayımlanmayacaq — 70 illik  ənənə sona çatdı

"Emmi" televiziyada yayımlanmayacaq — 70 illik ənənə sona çatdı

14:00 7 oktyabr 2026
"Oskar" mükafatlı Hollivud ulduzu vəfat etdi

"Oskar" mükafatlı Hollivud ulduzu vəfat etdi

10:12 7 oktyabr 2026
"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

17:00 6 oktyabr 2026
Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

13:30 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər