Məşhur rejissor: “Selincerdən hər dəfə bir təpik yedim”

Məşhur rejissor: “Selincerdən hər dəfə bir təpik yedim”
11 iyul 2014
# 07:30

Vudi Allenin ən çox sevdiyi 5 kitab

Kulis.az dövrümüzün ən maraqlı insanlarından olan rejissor, aktyor Vudi Allenin ən sevdiyi 5 əsəri təqdim edir.

1. Çovdarlıqda uçurumdan qoruyan, J.D. Selincer

Allen müsahibələrində bu əsərin onun üçün xüsusi yeri olduğunu tez-tez vurğulayıb: “18 yaşımda oxumuşdum. Manhetten haqqındakı fikirlərimə də çox təsiri olub. O vaxtlar ev tapşırığı kimi oxuyurdum o kitabları. Yəni o vaxtlar kitab oxumağı məcburiyyət kimi görürdüm. “Çovdarlıqda uçurumdan qoruyan” isə əyləncəli idi və mənim üçün çox təsirli atmosfer yaradırdı. Bir neçə dəfə oxudum və hər dəfə Selincerdən bir “təpik yedim””.

2. “Həqiqi Blüz”, Mezz Mezzrou

Mezz Mezzrounun 1946-cı ildə caz dünyasının kulisi barədə yazdığı bu xatirə kitabı da rejissorun sevdiklərindəndir: “Kitab haqda onu tanıyan, kitabda adı keçən musiqiçilərdən eşitmişdim. Mənim üzərimdə də təsiri oldu. Çünki o dövrlərdə Mezzrou kimi yaxşı caz klarnetçisi olmağa çalışırdım. Əslində, çox yaxşı, yaxud doğru kitab olduğunu deyə bilmərəm, amma mənim caz həvəsimin formalaşdığı dövrdə sevə-sevə oxumuşdum”.

3. Perelmenin dünyası, S.J. Perelmen

Vudi Allen Perelmen haqda: “Stend-ap, televiziya, teatr, ədəbiyyat, kino – fərqi yoxdur, ondan daha gülməlisinə rast gəlmək olmur. Giriş yazdığım bu kitabda mükəmməl yazılar var. Komediya dahisidir. O vaxtlar “New Yorker” həqiqi bir dərgiydi və hər sayında Perelmendən, bəzən Selincerdən, Truman Kapote, ya da Con Apdaykdan bir yazı olardı. Bəlkə indi də yaxşı yumorist yazarlar var, amma yazmağa dərgiləri yoxdur” – deyib.

4. Balaca qalibin epitafiyası, Maşadu de Assis

Braziliyalı yazıçının 1880-ci ildə yazdığı bu yumoristik əsəri rejissorun poçt qutusuna atıbmışlar. Üzərində “bunu oxumalısan, çox bəyənəcəksən” yazılıbmış: “Nazik kitab idi, qalın olsaydı, oxumazdım. Keçmiş zamanda yaşasa da, çox modern və fərqli mətn idi. İronik pessimistliyini mənim filmlərimə oxşadırlar, amma ondan təsirlənməmişəm. Sadəcə “Çovdarlıqda uçurumdan qoruyan” kimi içimdə bir cingilti oyadıb”.

5. Elia Kazan bioqrafiyası, Riçard Şikel

Allen şou dünyası haqda kitabları sevmədiyini, ancaq bu bioqrafiyanın oxumağa dəydiyini, möhtəşəm olduğunu vurğulayıb: “Çox parlaq bir rejissor haqda çox parlaq bir kitabdır. Şikel mənim böyüdüyüm illərdə çox vacib rejissor olan Kazanı da, Tenessi Uilyamsı da, Marlon Brandonu da düzgün başa düşüb”.

# 3005 dəfə oxunub

Oxşar xəbərlər

Yeni filmi üçün saçlarını kəsdirdi

Yeni filmi üçün saçlarını kəsdirdi

10:30 6 sentyabr 2025
"Şarlotta"nın  çəkilişləri yekunlaşdı

"Şarlotta"nın çəkilişləri yekunlaşdı

17:13 5 sentyabr 2025
“Tağıyev: Neft”  filmi “Oskar” mükafatına namizəd təqdim edildi

“Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edildi

15:00 4 sentyabr 2025
Beynəlxalq Film Fondu  layihələrin qəbulunu elan etdi

Beynəlxalq Film Fondu layihələrin qəbulunu elan etdi

13:00 4 sentyabr 2025
8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı oldu

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı oldu

12:40 4 sentyabr 2025
"Call of Duty"  oyunu əsasında film çəkiləcək

"Call of Duty" oyunu əsasında film çəkiləcək

11:00 4 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər