“Babək - 2020” filmi çəkilir - FOTO

“Babək - 2020” filmi çəkilir - FOTO
30 avqust 2017
# 16:15

“Babək - 2020” filminin ilk tizeri ictimaiyyətə təqdim edilib.

Kulis.azın verdiyi xəbərə görə, filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri Famil Əsədovdur.


Rejissor Zaur Tahirsoy açıqlamasında bu filmin müasir standartlara cavab verəcəyini bildirib: “Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir insanın diqqətini cəlb etmək üçün zamana uyğun məhsul istehsal etmək lazımdır. Digər sahələr kimi film sənayesində də buna xüsusi diqqət yetirmək lazımdır. Elə bu səbəbdən "Babək 2020" layihəsinə start verdik. Azərbaycanda bu layihənin öhdəsindən gələ biləcək potensial mütəxəssislər var. Sadəcə onlara imkan yaratmaq lazımdır. Mənim fikrimcə, bu layihə Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacaq, paralel olaraq onlarda həm vətənpərvərlik, həm də dövlətçilik əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Filmin qrafika ilə bağlı məsələlərinin həllini Famil Əsədov öz üzərinə götürub. O, mövcud şərait yaradıldığı təqdirdə xarici filmlərdəkindən geri qalmayan görüntü əldə etmək mümkün olacağını deyib".

Çəkilişlərə peşəkar Azərbaycan aktyorları ilə yanaşı, əcnəbi aktyorların da dəvət edilməsinin planlaşdırıldığını deyən Z.Tahirsoyun fikrincə, onların yeni filminin də sovet dövründə çəkilmiş məşhur "Babək" filmi kimi zirvələri fəth etməsi mümkündür.

Qrafika ustası Famil Əsədov isə qeyd edib ki, onlar bu layihə ilə Azərbaycan kino sahəsində bir ilkə imza atacaqlar: "Bu filimdə qrafika işini öz üzərinə götürəcək. Əlavə edim ki, filimdə fantastikaya daha çox yer veriləcək".

Filmdə aktyorların geyim işi modelyer Şəlalə Maqsudovaya həvalə edilib.

Qeyd edək ki, filmin 2020-ci ildə təqdim ediləcəyi nəzərdə tutulur.

# 2387 dəfə oxunub

Oxşar xəbərlər

"Evdə Tək 2" filminin ulduzu vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu vəfat etdi

18:00 17 iyul 2026
“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyənləşdi

“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyənləşdi

15:30 17 iyul 2026
"Ulduz müharibələri"ndə dünya rekordu

"Ulduz müharibələri"ndə dünya rekordu

11:00 17 iyul 2026
"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

15:30 16 iyul 2026
Sem Nilin ölüm səbəbi açıqlandı

Sem Nilin ölüm səbəbi açıqlandı

13:32 16 iyul 2026
Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

11:30 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər