Azərbaycan almanlarla birgə faşizm əleyhinə film çəkir

Azərbaycan almanlarla birgə faşizm əleyhinə film çəkir
14 may 2014
# 12:36

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında dövlət sifarişi ilə istehsal olunan “Əsgərin şücaəti” adlı yeni tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb.


Film İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Çəkilişlər Belarusun Brest şəhərində aparılır.

Filmdə Almaniya və Rusiyanın tanınmış aktyorları çəkilir. Baş qəhrəmanı isə, Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğlu oynayır.

Kulis.az-a açıqlamasında aktyor çəkilişlərdən məmnun olduğunu deyib:

“Ürəklə deyə bilərik ki, kino çəkirik. Kütləvi səhnələr həm çox, həm də çətindir. Amma Elxan Cəfərov layiqincə öhdəsindən gəlir. O, döyüş səhnələrini beş-altı cür, özü də neçə dubla çəkir. İstədiyini almayınca “stop” demir. Bu, əladır. 3 kamera və üstəgəl vertolyot. Çəkilişlər hələ ki “Beloe ozero” deyilən yerdə gedir, yəqin ki, bir-iki günə çəkilişləri burada bitirib Brest qalasına yollanacağıq”

Bəhruzun sözlərinə görə, filmdəki hadisələr İkinci Dünya müharibəsi zamanında və Qarabağ müharibəsi dövründə baş verir: “Filmin adı “Əsgərin şücaəti” adlanır. Mənim obrazım da burda həmən əsgərdi. Adı Azərdi. Azər böyük Vətən Muharibəsində cavan oğlandır. Qarabağ müharibəsində qoca veterandı. Mən Azərin gəncliyini oynayıram.”

Qeyd edək ki, filmin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru isə Nadir Mehdiyevdir.


# 2767 dəfə oxunub

Oxşar xəbərlər

London Film Festivalı  Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

London Film Festivalı Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

11:20 19 oktyabr 2026
Elizabet Holms  haqqında sənədli film kinoteatrlarda gözlənilməz uğur qazandı

Elizabet Holms haqqında sənədli film kinoteatrlarda gözlənilməz uğur qazandı

11:00 19 oktyabr 2026
"Ögey ana"nın İsmayılı necə əsir düşdü? – Müstəqillik dövrünün 5 möhtəşəm Qarabağ filmi

"Ögey ana"nın İsmayılı necə əsir düşdü? – Müstəqillik dövrünün 5 möhtəşəm Qarabağ filmi

13:00 18 oktyabr 2026
Payızın 44 anı - Günel Anarqızı

Payızın 44 anı - Günel Anarqızı

10:00 18 oktyabr 2026
320 tonluq gəmini dağın başına çıxaran adam - Kino tarixinin inanılmaz hekayəsi

320 tonluq gəmini dağın başına çıxaran adam - Kino tarixinin inanılmaz hekayəsi

15:00 16 oktyabr 2026
Dünya kinosunda sınmaz iradənin simvolu - Tim Robbinsin 5 məşhur rolu

Dünya kinosunda sınmaz iradənin simvolu - Tim Robbinsin 5 məşhur rolu

13:30 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər