10 ən yaxşı Yeni il filmi – SİYAHI

10 ən yaxşı Yeni il filmi – <span style="color:red;">SİYAHI
23 dekabr 2016
# 15:09

Amerikanın Forbes jurnalı ən məşhur Milad filmlərinin reytinqini tərtib edib. Siyahıya Amerika prokatının ən gəlirli 25 filmi daxildir. Kulis.az ilk onluğu təqdim edir.

“Evdə tək”

Reytinqin lideri “Evdə tək” komediyası olub. Filmin rejissoru Kris Kolambusdur. Filmin süjeti: Milad ərəfəsində valideynləri balaca Kevini evdə unudub tətilə gedirlər. Evdə tək qalan Kevin isə nəinki başını itirmir, üstəlik iki oğrunun da öhdəsindən gəlir. Kassa gəliri: 286 milyon dollar.

“Qrinç – Milad oğrusu”

Filmin rejissoru Ron Hovardır. Film adamayovuşmaz Qrinçin Miladı oğurlamasından bəhs edir. Kassa gəliri: 260 milyon dollar

“Qütb ekspressi”

Eyni adlı uşaq kitabının əsasında hazırlanmış ekran işi. Balaca oğlanın Milad ərəfəsində sehirli qatarla səyahətindən bəhs edir. Kassa gəliri: 183.37 milyon dollar.

“Evdə tək 2: Nyu-York sərgüzəştləri”

Kevin MakKalisterin Nyu-Yorkdakı sərgüzəştlərindən bəhs edir. Bunun üçün onun kifayət qədər pulu, kredit kartları var. Xatırladaq ki, filmdə ABŞ-ın yeni prezidenti Donald Tramp da epizodik rolda çəkilib. Kassa gəliri: 173.59 milyon dollar.

“Elf”

Rejissor Con Favronun Santa-Klausun torbasında gizlənib Şimal Qütbünə düşən və orada elflərə rast gələn balaca oğlan haqqında ailə komediyası. Kassa gəliri: 173.4 milyon dollar.

“Santa Klaus”

Milad gecəsi oyuncaq satıcısı Skott Kelvin evinin damında qəribə qocaya rast gəlir. Onu qovmaq istərkən elə qorxudur ki, qoca ürək tutması keçirir. Sən demə qoca Santa Klaus imiş, Skott indi onun yerinə işə çıxmağa məcburdur. Kassa gəliri: 144.83 milyon dollar.

“Santa Klaus 2”

Santa haqqında əhvalatın ikinci hissəsi. Növbəti yeni il ərəfəsində qəhrəman birdən xatırlayır ki, müqaviləyə əsasən o özünə təcili Missis Klaus tapmalıdır. Çünki Santanın subay olması qaydalara ziddir. Kassa gəliri: 139.24 milyon dollar.

“Milad əhvalatları”

Robert Zemekisin filmi. Bu ibrətamiz viktorian əhvalatında xəsis qoca Ebenzer Skrucdan bəhs olunur. Kassa gəliri: 137.86 milyon dollar.

“Dörd Milad bayramı”

Milad bayramını valideynləri ilə keçirmək istəyən Bred və Keyt adlı sevgililər haqqında melodram komediya. Amma hər ikisinin valideyni boşanıb. Buna görə də onlar gün ərzində dörd yerdə olmalıdırlar. Kassa gəliri: 120.15 milyon dollar.

“Santa Klaus 3”

Santa haqqında filmlərin sonuncu hissəsi. Süjetə əsasən Santa Şimal Qütbünün sirrini açmaq təhlükəsinə baxmayaraq qohumlarını ora dəvət edir. Bu vaxt həm də onun Klaus adlı oğlu doğulmalıdır. Kassa gəliri: 84.5 milyon dollar.

# 3991 dəfə oxunub

Oxşar xəbərlər

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır:  Elizabet Bennet və mister Darsi kim olacaq?

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır: Elizabet Bennet və mister Darsi kim olacaq?

13:30 2 noyabr 2026
“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

13:00 2 noyabr 2026
Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

11:00 2 noyabr 2026
Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

16:40 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər