Elgiz onu sevən qadına CAVAB VERDİ

Elgiz onu sevən qadına <span style="color:red;">CAVAB VERDİ
6 fevral 2015
# 15:43

Gülnaz Məmmədlinin “Mən Elgizi sevirdim” adlı yazısındakı tənqidlərə aparıcı Elgiz münasibət bildirib. Kulis.Az Elgizin cavabını təqdim edir.

Gülnaz xanım verilişdə mənim fikrimi tam olaraq eşitməyib. Mən öz verilişimdə insanları geyim tərzinə görə tənqid etməmişəm və dəyərlər məsələsində əvvəlki fikrimdə də qalıram. Geyiminə görə aşağılamaq çox yolverilməz bir hərəkətdir. Mən nəyi irad tutmuşam? Efirə içkili, saçı daranmamış, ayaqqabısı palçıqlı gələnlər olub və mən o adamları tənqid etmişəm. Həm də tək mən yox, ekspert də deyib bunu. Yəqin Gülnaz xanım bu şeyləri görüb deyə Elgiz bəy insanları geyimə görə tənqid edir. Mən səliqəni və təmizliyi demişəm. Adam iki manatlıq köynəyi də səliqə ilə, təmiz geyinə bilər. İnsan zinət əşyaları ilə deyil, öz şəxsi keyfiyyətləri, davranışı, insanlara sayğısı ilə dəyərlidir. Tərbiyəsiz insan olub brilyantlarla gəzmək kimə lazımdır. Tüpürəsən onun brilyantına da, özünə də. Bəlkə yalan deyirəm?

Biz ekrana gələndə hesab edək ki, öz millətimizin təmsilçisiyik. Bizə milyonlar, bütün dünya baxır. Mən istəyirəm bizim millət haqqında müsbət fikir yaransın. Saçımıza daraq çəkək, pinti görünməyək, təmiz geyinək. Mən bunu deyirəm. Amma müasir geyinib, əndirəbadi geyinib və ya necə geyinib, mən heç vaxt belə şey deməmişəm.

Mentalitet məsələsində də əvvəlki fikirlərimdə qalıram. Milli dəyərlər dedikdə biz nəyi anlamalıyıq, biz hələ də özümüz üçün müəyyənləşdirməmişik. Milli dəyər nədir? Nəyi anlamalıyıq, bunu dəqiq bilmirik. Nənə-babadan gələn nə qədər çürük adətlər var; qonşu nə deyər, filankəs nə düşünər və s. Mən insanların başqalarının rəyinə görə öz həyat tərzini qurmasına qarşıyam. Bizim nə qədər biabırçı dəyərlərimiz var? Elə yengə məsələsi, bəy gəlini güdmək, nəyisə kimlərəsə sübut etmək... Bu, dəyər deyil, vəhşilikdi. Mən bunu qəbul edə bilmərəm və bu fikirlərimi də insanlara çatdırıram. Hətta bəziləri məndən bu fikirlərimə görə narazı qalırlar.

Hərdən ola bilər ki, yaşlı insanlarla bağlı mən milli dəyərləri önə çəkim. Məsələn yaşlı insana qayğı, böyüyün üzünə qayıtmaq və yaxud övladların gəlib ağsaçlı ananın üstünə qalxmalarına mən dözə bilmərəm, ona təbii ki öz təpkimi göstərəcəyəm. Mənim “tənqid etdiyim dəyərlərdə güzəştə getməyim” budur.

Yoxsa, mən tənqid etdiyim adətləri heç vaxt təbliğ etməmişəm. Qaldı, mənim sıravi insanları vətəndaş nikahına görə qınayıb, müğənnilərə bir söz deməməyimə... Bilirsiniz, müğənni gəlib bizim verilişimizə demir ki, mənim vətəndaş nikahında yaşadığım adam məndən ayrılıb indi də aliment pulu vermir. Amma sıravi vətəndaş gəlib bunu deyir. Deyir ki, mən uşağımla küçədə qalmışam, mənə aliment vermirlər, zinət əşyalarımı vermirlər. Soruşursan, məlum olur ki, onun nikahı yoxdu. Adam gəlib bunu məndən hüquqi müstəvidə həll etməyimi istəyir. Mən də həll edə bilmirəm, əsəbiləşirəm. Ona görə mən ona deyirəm ki, rəsmi nikahınız yoxdursa, hüquqi baxımdan siz yoldan keçənin biri ilə yaşamısınız, ondan uşaq dünyaya gətirmisiniz. Zəhmət çəkib nikaha girərdiniz, sonra uşaq dünyaya gətirərdiniz. Deyir, imam nikahım var. Qurban olum sizə, biz neçənci əsrdə yaşayırıq? Mən bu nöqteyi-nəzərdən insanları qınayıram. Bu baxımdan yanaşıram. Müğənnilərdən kimsə kiminləsə yaşayıb uşaq dünyaya gətirirsə mən nə deyə bilərəm? Bu, onun şəxsi işidir.

Gülnaz xanım yanılır. Mən qətiyyən bu məsələlərə mentalitet müstəvisindən yanaşmıram. Kömək istəyən insana hüquq müstəvisindən yanaşıram. Bizim çox dəyərli yazarımız məni elə əvvəlki kimi tanımaqda da davam etsin, mənim düşüncəmdə, davranışımda heç bir dəyişiklik baş verməyib.

Gülnaz xanımın yazısını tənqid hesab etmirəm, bu sadəcə bir umu-küsüdür. O xanıma salamlarımı, hörmət və ehtiramımı çatdırıram.

# 1583 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #