Məşhur aktrisa: “Qadının gözəlliyi fiqurada deyil”

Məşhur aktrisa: “Qadının gözəlliyi fiqurada deyil”
6 yanvar 2015
# 09:30

Odri Hepbörn 1960-cı illərdə Hollandiyaya həyat yoldaşı Mel Ferrerin “El Qreko” filminin premyerasına gedəndə böyük hərarətlə qarşılanmışdı. 1929-cu ilin may ayında Brüsseldə anadan olan aktrisanın atası ingilis, anası isə Hollandiya baronessası idi. O, uşaqlıq illərini Hollandiyada keçirmişdi.

Almaniyanın Hollandiyanı işğalı yeniyetmə Odri üçün əzab və dəhşət idi. Əmisi və əmisi oğlu onun gözləri qarşısında güllələndi, özü isə aclıq çəkdiyinə görə fiziki cəhətdən çox zəif idi.

1952-ci ildə Londona köçən Odrini fransız yazıçısı Kolett Brodveyə, “Gigi” tamaşasında oynamağa dəvət edir. Bu, onun ilk baş rolda çəkiləcəyi “Roma tətilləri” filmindəki şahzadə roluna vəsiqə idi. Bu filmdəki roluna görə o, “Ən Yaxşı Aktrisa” nominasiyası ilə Oskar mükafatına layiq görüldü. Bu rol əslində Elizabet Teylora təklif edilməli idi. Amma Odrinin sınaq kaseti rejissorların diqqətini cəlb etdi.

Filmin direktoru Uilyam Vayler Odrinin “cazibədar, məsum və istedadlı” olduğunu dedi. Oskar mükafatını alan Odri Hepbörn son illər ona yardım edən və ona yol göstərən hər kəsə təşəkkürünü bildirdi.

Uilyam Vaylerin Hepborn haqda dedikləri tezliklə dünyaya yayıldı və o, bir neçə filmdə yaddaqalan rollar oynadı. “Roma tətilləri”ndən sonra Odri “Sabrina” filminə çəkildi və bu filmdəki roluna görə də Oskar mükafatına namizəd oldu, Lakin Oskarı “Kənd qızı” filmindəki roluna görə aktrisa Qreys Kelli aldı.

Bundan sonra Odri Hepbörn Oskar, Qremmi və Toni mükafatlarını almış üç qadından birinə çevrildi. 1959-cu ildə o, “Rahibənin hekayələri”, 1961-ci ildə “Tiffanidə səhər yeməyi”, 1967-ci ildə “Qaranlığı gözlə” filmlərinə görə Oskar mükafatına namizəd oldu.

“Gevanşi evi”ndə isə Odri Hepborn moda ikonasına çevrildi. 1964-cü ildə aktrisa Brodveyin “Merri Poppins” tamaşasında oynadı. Mahnıları Marni Niksonun səsləndirməsinə baxmayaraq, yaxşı aktrisa kimi Odri Hepborn yenidən Oskar mükafatına layiq görüldü.

Dünya boyu ən çox sevilən aktrisa Odri Hepbörn təqaüdə çıxdıqdan sonra UNİSEF-də çalışmağa başladı və 1988-ci ildə Uşaqlara Yadım Təşkilatının xüsusi elçisi seçildi.

2006-cı ildə isə Hepbörnün “Tifanidə səhər yerməyi” filmindəki “Gevanşi” moda şirkətinin dizayn etdiyi “kiçik qara don”-u Kristi hərracında yarım milyon funta satıldı. Əslində satılan paltar filmdəki paltarın eynisi deyildi.

Odri Hepborn 1993-cü ilin yanvar ayında xərçəng xəstəliyindən vəfat etdi. Onun özü ilə qoyub getdiyi irs özündə təkcə film yaradıcılığı deyil, beynəlxalq münasibətlərdə humanizmi tərənnüm edir.

Qeyd: Aktrisa haqda məlumat amerikaninsesi.org saytından götürülüb.

Kulis.az Odri Hepborndan sitatları təqdim edir.

Tez-tez xoş sözlər deyən dodaqlar çox gözəldir.

İnsanlarda ancaq yaxşı şeyləri görməyə çalışan gözəl çox gözəldir.

Öz yeməyini aclarla bölənlərin qaməti hamıdan gözəl olacaq.

Uşaq kimin saçlarını gündə bir dəfə sığallayırsa, o saçlar ipək kimi olacaq.

Düz qamətli olmaq istəyirsənsə, yol yoldaşın üçün nümunə olduğunu unutma.

Qadının gözəlliyi – geyimdə, fiqurda və ya saç düzümündə deyil. Gözlərin parıltısındadır.

Mən inanıram ki, xoşbəxt qızlar ən gözəl qızlardır. Və kalori yandırmağın ən yaxşı yolu gülməkdir.

Məni güldürən insanları xoşlayıram. Mən həqiqətən fikirləşirəm ki, dünyada ən çox sevdiyim şey gülməkdir. Bu bir çox xəstəlikləri müalicə edir.

Qadının əsl gözəlliyi onun ruhundadır. Bu sevgi ilə göstərilən qayğıdır, ehtirasdır.

Qadının gözəlliyi onun yaşı ilə birlikdə artır.

Xoşbəxtlik sizin həyatınıza şeypurlarla gəlmir. Sizi həqiqətən xoşbəxt edəcək şeylər barmaqlarının ucunda gəlir və sizin onları görməyinizi gözləyirlər.

İnsanlar əşyalardan daha çox seçilməyə, təmir edilməyə, yerinə qoyulmağa ehtiyac duyurlar. Heç vaxt heç kimi atmayın.

Laqeyd olmayın. Həyatda edə biləcəyiniz ən yaxşı şeydir bu.

Sənə kiminsə kömək əli lazım olsa, bil ki, o səndə var – sənin öz əlin. Sən bir az da böyüyəndən sonra başa düşəcəksən ki, bir əlin özünə, digər əlin isə başqalarına kömək etmək üçündür.

Deyirlər, sevgi – ən əlverişli töhfədir: nə qədər çox verirsən, əvəzində daha çox alırsan. Məsələ bunda deyil. Sevgi - ən unikal töhfədir. Onu nə qədər çox hədiyyə edirsənsə, o qədər çox içində sevgi doğulur. Əgər bütün bunları başa düşsəydiniz, yaşamaq daha asan olardı.

# 1454 dəfə oxunub

Oxşar xəbərlər

"Venom: Son rəqs"  birinci oldu

"Venom: Son rəqs" birinci oldu

11:12 29 oktyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:44 29 oktyabr 2024
"Qızıl qönçələr"də yeni sima

"Qızıl qönçələr"də yeni sima

09:52 29 oktyabr 2024
Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

10:15 28 oktyabr 2024
Dünya şöhrətli aktyor karyerasını bitirir

Dünya şöhrətli aktyor karyerasını bitirir

14:29 25 oktyabr 2024
"Mariya"  filmindən yeni kadrlar

"Mariya" filmindən yeni kadrlar

12:33 25 oktyabr 2024
#
#
# # #