Azərbaycan filmi erməni münsifin olduğu festivalda

Azərbaycan filmi erməni münsifin olduğu festivalda
28 iyul 2014
# 08:00

Xəbər verdiyimiz kimi, rejissor Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi avqustun 27-dən sentyabrın 6-a kimi keçiriləcək 71-ci Beynəlxalq Venesiya kinofestivalının “Horizontlar” (Orizzonti) proqramında nümayiş olunacaq.

Bu proqramda E. Musaoğlu ilə yanaşı 16 rejissorun filmi yarışacaq.

“Senza nessuna pieta” filmi italyan aktyoru Michele Alhaiquenın rejissor kimi debütüdür.

Müstəqil Amerika kinosunun nümayəndələrindən biri Maykl Almereyda “Cymbeline” filmi ilə təmsil olunacaq. Almereyda Devid Linç, Vim Venders, Olivye Assayas kimi məşhur rejissorlara operator kimi əməkdaşlıq edib.

Digər amerikalı rejissor Ami Canaan Mann “Oskar”a nominant olmuş və Kannda mükafat almış rejissor Maykl Mannın qızıdır.

Bir neçə film və serial müəllifi olan 45 yaşlı rejissorun festivalda “Sənin doğru ideyan” filmi göstəriləcək.

Proqramda filmi nümayiş olunacaq digər rejissor italyan Franko Marescodur. O, eyni zamanda prodüserdir, televiziyada çalışır. Maresco “Berluskoni Siciliya tarixi” sənədli filmini təqdim edəcək.

“Realite” filmi ilə təmsil olunan fransız musiqiçisi, klipmeyker, rejissor Kventin Düpyenin “Yanlış” filmi Amerikanın Sandens festivalında nümayiş olunub, Qran-Priyə nominant olub.

“Horizontlar” proqramında jürinin sədri Honkonqlu rejissor, aktrisa, yeni Honkonq kinosunun əhəmiyyətli nümayəndələrindən biri Enn Hueydir. Onun “Sadə həyat” filmi 2011-ci ildə Venesiyada “Qızıl Şir” mükafatına nominant olub. “Yay qarı” (1995) filmi isə Berlin festivalında xüsusi mükafat alıb.

Bu ilki Venseiya festivalı isə onun “Qızıl era” filmi ilə bağlanacaq.

Jürinin digər üzvü İsveç aktrisası Auqust Pernilladır. O, dahi rejissor İnqmar Berqmanın İsveç teatrında səhnəyə qoyduğu tamaşalarda oynayıb.

Çeyz Devid serial prodüseri və ssenaristdir.

Fransada yaşayan Çad rejissoru Mahamat Saleh Harunun “Quru mövsüm” (2006) filmi Venesiyada, “Qışqıran adam“(2010) filmi Kannada xüsusi mükafat alıb.

Jürinin başqa üzvü isə erməni əsilli türk kino yazarı Alin Taşçiyandır. “Milliyət” qəzetində çalışan, TRT-də müxtəlif kino verilişləri aparan yazar Torino, Rotterdam, Kann film festivallarında FIPRESCI (Beynəlxalq Kino Mətbuat Federasiyası) jürisində yer alıb.

Festivalın əhəmiyyətinə görə ikinci proqramı olan “Horizontlar”da adətən eksperimental və avanqard filmlər nümayiş olunur. Bu proqram məşhur İran resjissoru Mohsün Malmalbafın “Prezident” filmi ilə açılacaq.

“Horizontlar” proqramında müxtəlif illərdə Spayk Li, Stiv Frirz, Terri Gilliam, Frederik Fonteyn, Tsay Minlyan kimi tanınmış rejissorların lentləri nümayiş olunub.

Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”də istehsal olunan “Nabat” Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandırır. Filmin ssenari müəllifləri Elçin Musaoğlu, Elxan Nəbiyev, operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur. Rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları ifa edir.

# 4938 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor 32 yaşında vəfat etdi

Məşhur aktyor 32 yaşında vəfat etdi

12:00 5 sentyabr 2026
"Harri Potter" serialının yeni treyleri - Video

"Harri Potter" serialının yeni treyleri - Video

18:00 4 sentyabr 2026
“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olundu

“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olundu

12:16 4 sentyabr 2026
Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

11:50 4 sentyabr 2026
Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

10:20 4 sentyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

17:40 3 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər