“Azdrama” Konyada Azərbaycanı uğurla təmsil edib

“Azdrama” Konyada Azərbaycanı uğurla təmsil edib
1 may 2018
# 13:18

Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayıb.

Təqdim olunan səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən yüksək səviyyədə qarşılanıb.

Bundan başqa Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Səhnə əsərində xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin

Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını

bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Qeyd edək ki, bölgənin ilk beynəlxalq teatr festivalı olan tədbirin təşkil olunmasının məqsədi Türkiyə dövlət teatrları və müxtəlif ölkələrdən olan truppalar arasında gələcək əməkdaşlığın qurulması istiqamətində addımlar atmaqdır.

Festivala həmçinin, çoxmədəniyyətli anlaşma və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədinə xidmət edir.

# 2354 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər