Rol üçün hər şeyə hazır idi... AKTRİSA TALEYİ

Rol üçün hər şeyə hazır idi...  AKTRİSA TALEYİ
23 fevral 2013
# 08:00

Mən aktrisa, aktyorlar haqda yazmağı o qədər də sevmirəm. Və filmləri də hansısa aktyora görə izləmirəm. Çünki kinoda mənim üçün önəmli adam həmişə rejissor olub.

Amma avstriyalı aktrisa Mariya Hofstetterdən yazmaya bilmədim. Onun adı insanların çoxuna heç nə demir. Dünyada o qədər də tanınmayan Hofstetter, mənim üçün qeyri-adi istedadına, savadına görə ən məşhur aktrisalardan bir neçə pillə yuxarıda dayanır.

İlk dəfə bu aktrisanı həmvətəni Ulrix Seidlın “İt günləri” filmində görmüşdüm. Psixi problemləri olan qadını ifa edən Hofstetterin oyununa valeh olmuşdum. Onu tanımayan peşəkar kinematoqrafçı belə bu obrazın gerçək olduğunu və ya onu aktrisanın oynadığını ayırd etməkdə çətinlik çəkər. Bədiiliklə sənədlilik arasında sərhədin itdiyi bu filmdə aktrisa rolunu maksimal dərəcədə təbii oynayır.

Keçən il Venesiya kinofestivalında jürinin xüsusi prizini alan, dindarların “kafir” adlandırdığı Seidlın “Cənnət” trilogiyasının “İnam” hissəsində aktrisa Anna Mariya adlı fanatik katolik qadının obrazını yaradıb.

Bu yaxınlarda M.Hofstetter ilə müsahibəni oxudum. Aktrisa müsahibəsində bu rola hazırlıq prosesini, təcrübəsini bölüşüb.

Aktrisa deyir: “Rasional səviyyədə Anna Mariyanın mahiyyətini dərhal anladım. Onun öz inamına sonsuz sədaqəti məni cəlb etdi. Amma sonra bütün bunları emosional səviyyədə qəbul etmək mənə çox çətin gəldi. Kifayət qədər inandırıcı obraz yarada biləcəyimə daim şübhə ilə yanaşırdım. Ona görə diqqətlə müxtəlif dini qrupların fəaliyyətini araşdırdım. Dindarlarla uzun-uzadı söhbətləşdim, onlarla birlikdə ibadət etdim, missioner fəaliyyəti ilə məşğul oldum, aborta etiraz edən nümayişlərə qatıldım. Eyni zamanda eksperimentlər apararaq roluma hazırlaşdım. Piyada Mariazellə (Avstriyanın bu şəhərində ölkənin nəhəng zəvvar katolik kilsəsi yerləşir – S.S.) ziyarətə getdim, monastırda rahibələrlə yaşadım, meşədə bir həftə ac qaldım. Eksperimentlərin əsas məqsədi bu dini mistik təcrübəni yaşamağa mənə kömək etməsi, öz yükünü çəkməyin, ağrıya, tənhalığa, aclığa dözməyin nə demək oluğunu anlamaq idi”.

Aktrisa hətta özünü qamçılamaq üçün günlərlə məşq edib və filmdə də həqiqətən özünü qamçılayıb.

Bundan əvvəl M. Hofstetter “İmport-Export” filmində tibb bacısı rolunu ifa edib. Rolunu oynamazdan əvvəl aylarla qocalar evində çalışıb.

“İt günləri” filmindəki psixi qadın obrazına hazırlıqları zamanı isə bir ildən artıq ruhi xəstələrin davranışlarını öyrənib.

Bu filmdə o, yoldan keçən maşınları saxlayır, sürücülərdən onu aparmağı xahiş edir. Yolboyu onlara “on ən populyar supermarketin, on ən yaxşı avtomobil markanın, on ən populyar heyvanın hansı olması” haqda zəhlətökən ya da qadın sürücülərə “aybaşı hələ olursan”, “neçə yaşın var”, “hələ yatırsan” kimi birbaşa ədəbsiz suallar verir.

Aktrisa son dərəcə məharətlə psixi insanı bütün vücud diliylə, davranışlarında, üz cizgilərində, baxışlarında canlandırır.

Hətta Hofstetter rola o qədər diqqət cəmləşdirib ki, film bitəndən sonra obrazdan çətinliklə çıxıb.

# 4955 dəfə oxunub

Oxşar xəbərlər

Vicdansız, yaraşıqlı və təhlükəli - Dünya kinosunun ən uğurlu "şər" obrazı

Vicdansız, yaraşıqlı və təhlükəli - Dünya kinosunun ən uğurlu "şər" obrazı

18:46 2 mart 2026
“Tilov”  serialının yaradıcı heyəti ilə görüş

“Tilov” serialının yaradıcı heyəti ilə görüş

15:40 2 mart 2026
Nuri Bilge Ceylanın yeni filmində baş rolu o oynayacaq

Nuri Bilge Ceylanın yeni filmində baş rolu o oynayacaq

11:30 2 mart 2026
“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır

“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır

10:45 2 mart 2026
“Bir səfərin izi ilə - ABŞ”  filminin təqdimatı oldu

“Bir səfərin izi ilə - ABŞ” filminin təqdimatı oldu

15:21 28 fevral 2026
“Scream 7”nin premyerasında boykot

“Scream 7”nin premyerasında boykot

12:38 28 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər