Mobil telefonunu ailəsindən üstün tutan ata

Mobil telefonunu ailəsindən üstün tutan ata
12 may 2018
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Ruben Estlundun “Fors major” (2014) və Martyal Fujeronun (2006)“Mənim oğlum” filmlərini təqdim edir.

“Fors major” dramı İsveç, Danimarka, Fransa və Norveçin birgə istehsalıdır. İsveç rejissoru Ruben Estlundun bu filmi İsveçin Milli Kino Mükafatı olan “Qızıl böcək”i altı nominasiyada udub. Və Kann festivalının “Xüsusi baxış” proqramında priz alıb.

Süjet: İsveçdən olan gənc ailə Alp dağlarında dincəlir. Onlar dörd nəfərdən ibarətdir: iş adamı Tomas (Yohannes Kyunke), arvadı Ebba (Liza Loven Konqsli) və uşaqları. İlk epizodlarda xoşbəxt ailənin xoş istirahət keçirdiyi təsvir olunur. Növbəti gün ailə verandada səhər yeməyi yeyərkən istirahət mərkəzinin işçilərinin qar topasını necə tənzimlədiyinə baxır. Qəfildən qar topası nəzarətdən çıxır və onların oturduğu məkana doğru sürətlə axır. Tomas ailəsini təhlükədə qoyaraq panika içində qaçır. Və bu an təkcə mobil telefonunu götürür. Xoşbəxtlikdən heç kəs xəsarət almır. Hə şey yoluna düşəndən sonra Tomas qayıdır. Onun qorxaqcasına qaçması arvadına pis təsir edir. Üstəlik, Tomasın səhvini etiraf etməməsi münasibətlərdə dərin çat yaradır...

Ruben Estlund bu filmində insan instinktlərini araşdırır, onu idarə etməyin mümkün olub olmadığını - provokativ şəkildə xoşbəxt ailə modelinin sərhədləri daxilində sınağa çəkir.

Qadın ərini onları dar ayaqda atıb qaçdığı üçün heç cürə bağışlaya bilmir, hərlədib-fırladıb söhbəti bu olayın üzərinə gətirir, kişinin heç olmasa öz səhvini etiraf etməsini gözləyir. Tomas isə etiraf eləməyə utanır.

Müəllif tamaşaçının belə özünü diskomfort hiss elədiyi, dramatik qarışıq komik situasiyalar yaradır. Tomasla Ebba istirahətdə olan başqa bir cütlüklə şam yeməyində olanda, qadın yenə söhbəti ərinin onları qoyub qaçmasını üzərinə gətirərək pərt ortam yaradır. Cütlüklər çətin müzakirəyə başlayır: instinktlərə müqavimət göstərmək, onlar idarə etmək olarmı? Bəlkə bizim həqiqi kimliyimiz elə ekstremal situasiyalarda üzə çıxır? Rahat şəraitdə adekvat davranmağa nə var ki?

Əhvalatda incə bir detal var: Tomas təhlükəli vəziyyətdə məhz mobil telefonunu götürür. Rejissor bu detalla da müasir ailələrdəki özgələşməyə, virtual dünyanın real dünyadan bizə daha yaxın olduğuna diqqət çəkir. Təkcə elə bu kadrla ilk baxışda xoşbəxt görünən ailənin gerçək dünyasını açır, zahirdən görünənlərin imitasiya olduğunu göstərir. Statik kadrlar, astagəl ritm münasibətlərdəki rutinliyi, tükənmişliyi, daxildəki xaosu ifadə edir.

***

Fransız rejissoru Martyal Fujeronun “Mənim oğlum” filmi Belçika və Fransanın birgə istehsalıdır. Film San-Sebastyan festivalında əsas mükafata layiq görülüb. Baş rolun ifaçısı Natali Bay isə “ən yaxşı aktrisa” nominasiyasında qalib olub.

Süjet. On iki yaşlı Julyenin (Viktor Sevo) anası (Natali Bay) sərt qadındır. O, oğlunu daim nəzarətdə saxlayır, tez- tez məktəbinə baş çəkir, onun qiymətləri ilə maraqlanır. Oğluna sərt qaydalar tətbiq edən, daim nizam-intizama çağıran ana ona evə vaxtında gəlməyi, həmişə səliqəli olmağı, onun tələblərindən kənara çıxmamağı tələb edir. Julyenin bacısı Süzanna (Mari Kremer) qardaşını müdafiə etmək istəsə də, onun cəhdləri boşa çıxır. Ailənin başçısı isə (Olivye Qurme) universitetdə müəllim işləyir, evə gec gəlir, baş verənlərə biganədir. Evdə hamı anadan çəkinir, ancaq onun qaydaları işləyir. O, Julyeni sözündən çıxdığı üçün dəfələrlə təhqir edir, döyür. Nəhayət, səbir kasası daşan uşaq anasını bıçaqlayır...

“Mənim oğlum” dünya kinosunun kult filmlərindən sayılan, Fransua Trüffonun “400 zərbə” filminin bir az daha fərqli redaktədə invarinatıdır. Ailəsində laqeyd münasibətlə qarşılaşan Antuan həyatını dəyişmək istəyir, məktəbə getmir, evdən qaçır, sərbəst həyat arzusundadır.

“Mənim oğlum” filminin qəhrəmanı Julyen isə əksinə anasının sevgisindən əziyyət çəkir, o özü kimi olmaq istəyir, azadlığa can atır. Evdə səliqəli gəzən oğlan bayıra çıxan kimi saçlarının, geyiminin düzümünü pozur.

Rejissor sevgini başqa rakursdan araşdırır. Ananın oğluna sevgisi ona özəl mülkiyyət kimi yanaşmasıyla şərtlənir.

Burda hər şeydən əvvəl qadının faciəsi verilir. O, tənhadır, ərinin öz maraqları var, gənc qızı təhsili ilə bağlı başqa yerə köçür. Onun yeganə təsəllisi, tənhalığını bölüşdüyü adam oğludur. Oğlunu itirməkdən qorxduğu üçün onun sevgislinə qısqanclıqla yanaşır, dostlarıyla əylənməsinə izn vermir. Ananın tənhalığı monoton, təkrarlanan məişət səhnələrində dəqiq verilir.

Rejissor dəqiq mizanlarla, detallarla qadının faciəsini açır.

Və mühüm bir həqiqəti anladır: sevgi hər şeydən əvvəl sevdiyin insanın azadlığına sayğıdır.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

Türk rejissorun almanları qəzəbləndirən filmi

# 1306 dəfə oxunub

Oxşar xəbərlər

"Venom: Son rəqs"  birinci oldu

"Venom: Son rəqs" birinci oldu

11:12 29 oktyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:44 29 oktyabr 2024
"Qızıl qönçələr"də yeni sima

"Qızıl qönçələr"də yeni sima

09:52 29 oktyabr 2024
Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

10:15 28 oktyabr 2024
Dünya şöhrətli aktyor karyerasını bitirir

Dünya şöhrətli aktyor karyerasını bitirir

14:29 25 oktyabr 2024
"Mariya"  filmindən yeni kadrlar

"Mariya" filmindən yeni kadrlar

12:33 25 oktyabr 2024
#
#
# # #