Tbilisidə “Dəli yığıncağı” nümayiş olunub

Tbilisidə “Dəli yığıncağı” nümayiş olunub
25 oktyabr 2019
# 09:35

Oktyabrın 24-də Gəncə Dövlət Dram Teatrı Tbilisinin A.S.Qriboyedov adına Rus Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyası əsasında hazırladığı eyniadlı tamaşa ilə çıxış edib.

Kulis.az xəbər verir ki, səhnə əsəri tamaşaçılara böyük ədibin 150 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi, Gürcüstan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə ilə təqdim olunub.

Tamaşanın nümayişindən əvvəl çıxıs edən ağsaqqallar şurasının sədri İsak Novruzov C.Məmmədquluzadə yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb, səhnə əsərinin Gürcüstanda nümayişini böyük hadisə kimi qiymətləndirib.

Teatrın baş rejissoru İradə Gözəlova tamaşanın əsas süjet xətti barədə danışıb.

Bildirilib ki, birhissəli “Dəli yığıncağı” tamaşasının quruluşçusu Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır.

Əsasən 1920-ci illərdə qələmə alınan səhnə əsərində o dövrün insanlarının cahilliyindən bəhs olunur.

Tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Elxan Yunis, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və digərləri ifa edib.

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Ağsaqqallar Şurasının üzvləri, paytaxt Tbilisi ilə yanaşı, Rustavi, Marneuli və Qardabani rayonlarından gəlmiş ziyalılar, tələbələr və gənclər də tamaşaya baxanlar sırasında olub.

Tamaşa başa çatdıqdan sonra səfir Dursun Həsənov, ağsaqqallar şurasının sədri İsak Novruzov və başqaları aktyorlarla görüşüb, onlara yaradıcılıq uğurları arzulayıblar.

# 3420 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər