Kino təhsili kurslarına qəbul elan olunub

Kino təhsili kurslarına qəbul elan olunub
5 dekabr 2014
# 12:42

“My Film School” kino məktəbi kino təhsili üzrə üç aylıq kurslara qəbul elan edib.

Bu barədə Kulis.az –a “My Film School” kino məktəbinin təsisçisi və direktoru Asif Rəhimov xəbər verib.

Üç ay ərzində nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər də həyata keçiriləcək.Tələbələr müxtəlif çəkiliş meydançalarında film istehsalını yaxından izləyəcək, ustadların köməyilə onlar müşahidəçi yox, bu prosesin iştirakçısına çevriləcəklər.Kursların sonunda tələbələr məhz ustadların nəzarəti altında öz kurs işlərini çəkəcəklər. “My Film School” çəkilişləri həyata kecirmək ücün lazımi texnika ilə təmin edəcək.

Kurslar rejissor, ssenarist, sktyor, operator, montaj ixtisasları üzrə aparılacaq. Qısamüddətli kurslar zamanı Azərbaycanın tanınmış kino və incəsənət adamları master-klasslar keçirəcək, tələbələrə bu peşələrin sirlərini öyrədəcəklər. Təlimçilər aktyorlar Qurban İsmayılov, Rasim Cəfər, rejissorlar Vaqif Əsədov, Cavid Təvəkkül və başqaları olacaq.

Kurslara son qəbul tarixi 10.01.2015-ci ilə qədərdir. Təhsil ödənişlidir.

Əlaqə nömrələri: 0124332849, mob. 0553783133.

# 3616 dəfə oxunub

Oxşar xəbərlər

"Harri Potter" serialının yeni treyleri - Video

"Harri Potter" serialının yeni treyleri - Video

18:00 4 sentyabr 2026
“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olundu

“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olundu

12:16 4 sentyabr 2026
Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

11:50 4 sentyabr 2026
Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

10:20 4 sentyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

17:40 3 sentyabr 2026
"Spider-Man: Brand New Day" "Titanik"i geridə qoydu

"Spider-Man: Brand New Day" "Titanik"i geridə qoydu

12:20 3 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər