“Sehrli xalat”ın yubileyi keçiriləcək

“Sehrli xalat”ın yubileyi keçiriləcək
5 noyabr 2014
# 11:14

Noyabrın 12-də Nizami Kino Mərkəzində “Azərbaycanfilm”in ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq.

Yubiley axşamında filmdə çəkilmiş o zamankı pionerlər, Əlisəttar Atakişiyev, Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi qüdrətli sənətkarları yad edəcək, çəkilişlərlə bağlı maraqlı hadisələr haqqında danışacaqlar. Filmdəki ifaçılar arasında xaricdə yaşayan bir neçə nəfər, o cümlədən baş qəhrəman Azər Qurbanov yubileydə iştirak emək üçün Bakıya gələcəkdir. “Sehrli xalat”la bağlı tədqiqat işinin müəllifi moskvalı kinoşünas Andrey Vyatkin maraqlı fikirləri ilə bölüşəcək.

Müxtəlif video çarxlar və musiqi nömrələri tamaşaçılarda nostalji əhval yaratmaq, eyni zamanda filmin iştirakçıları üçün yenidən görüşüb xatirələri bölüşmək məqsədi daşıyır.

# 4308 dəfə oxunub

Oxşar xəbərlər

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Kino tarixinin unudulmaz performansları -  Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

Kino tarixinin unudulmaz performansları - Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

15:00 12 noyabr 2026
"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

14:34 12 noyabr 2026
Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

13:32 12 noyabr 2026
Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

18:40 11 noyabr 2026
“Ölümcül Miras”  sənədli filmi nümayiş olundu

“Ölümcül Miras” sənədli filmi nümayiş olundu

16:44 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər