Jurnalistlər yeganə tayfadırlar ki...

 Jurnalistlər yeganə tayfadırlar ki...
14 fevral 2013
# 08:30

Kulis.az məşhur aktyor Mel Gibsonun həyatdan öyrəndiklərini təqdim edir.

Mən heç vaxt öldürməmişəm.

Ən zəif cəhətim səbirsizliyimdir. Amma şükür Allaha ki indi əvvəlki qədər səbirsiz deyiləm.

Heç vaxt Allahın mənə qəzəbini hiss etməmişəm.

Jurnalistlər yeganə tayfadırlar ki, səni diri-diri basdıra bilərlər.

Məni sevməyən insanları xoşlamıram, ancaq onları sevirəm.

Qadınları sevirəm – Allahın yaratdıqları içərisində ən yaxşısı qadınlardır. Əgər qadınlar kişilər kimi olmaq, yəni bir pillə aşağı düşmək istəyirlərsə, nə edək, qoy etsinlər.

Ata olmaq xoşuma gəlir. Ata olmaq insana özünü gənc hiss etdirir. Bu imkan verir ki, həyata yenidən başlayasan, həyata başqa tərəflərdən də baxa biləsən.

Uşaqlardan çox şey öyrənirik, onların bizdən öyrəndiklərindən daha çox...

Rejissor olmaq istəyim 16 yaşımda yaranıb. Mən qədim vikinqlər haqqında film çəkmək istəyirdim. O vaxtlar vikinqləri öyrənirdim. Axmaq fikir idi, hə? Ancaq məni kinoya gətirən bu istək olub.

Oynamaq - yalan danışmaqdır. Aktyorun işi incə formada yalan danışmaqdır. Mənə uzun müddət pul ödəyiblər ki, kamera qarşısında lazımı qaydada yalan danışım.

Hamı deyir ki, Hollivud fabrikdir. Ancaq bu fabrikdə hər birimizin böyük bir mexanizmin xırda detalları olmasını deməyi unudurlar. Bir detal qırılsa, onu dəyişirlər.

İnsan tədricən ölür. Bizim həyatımızda baş verən müxtəlif hadisələr ölümün mərhələləri deyil? Həyat bizi hissə-hissə tərk etmirmi?

Şər nə qədər görünməzdirsə, o qədər də qorxuludur. Şeytanın başının üstündə “şeytan” yazısı gəzdirmir.

Şər hamımızın həyatına yol tapır, ancaq bircə ortaq cəhəti var: şər yoxluğunu ən birinci sənə inandırır.

Düşmənlərinizə dondurma hədiyyə edin.

Codi Fosterlə necə dost olmamaq olar, onu başa düşmürəm.

Yaxşı kino insana necə təsir edir? Əyləndirir? Bəlkə öyrədir? Bəlkə səviyyəsini qaldırır? Yaxşı kino bunların hamısını eyni vaxtda edir. Əks halda, o yaxşı kino deyil, ekran qarşısında vaxt sərfidir.

Filmlərin əksəriyyəti lent yığınından başqa bir şey deyil.

Ekrandakı ilə həyatdakı insan arasında fərq çoxdur. Yadınızdadır, Keri Qrant nə demişdi? Ondan soruşmuşdular, Keri Qrant olmaq necə hissdir? Demişdi, heç bir təsəvvürüm yoxdur.

İstənilən dəyişiklik ağrısız olmur. Əgər ağrı hiss etmirsənsə, deməli heç nə dəyişməyib.

Hərdən mənə elə gəlir ki, beynin ən yaxşı xüsusiyyəti unutmaq qabiliyyətinin olmasıdır.

Axmaq suala verilən ən yaxşı cavab sükutdur.

Arzular kağız üzərində həmişə yazıq görünür.

Heç vaxt deməmişəm ki, əlimdə silahla ölməyə hazıram.

Nədənsə, çox adam elə bilir ki, mən respublikaçıyam. Ancaq bu, belə deyil. Ötən seçkilərdə heç bilmirdim kimə səs verim. Onlara baxıram, ağlıma ancaq belə bir fikir gəlir: “Deməli, seçki belədir: sən istəyirsən səni vursunlar, yoxsa təpikləsinlər?”

Müstəqil namizədə səs verəndə heç vaxt vicdan əzabı çəkmirsən.

Hələ də bəxtimi gözləyirəm.

Mən özümü nə amerikan, nə də avstraliyalı hesab edirəm. Mən hibridəm, çox yaxşı da yaşayıram, çünki Avstraliya da, Amerika da gözəl ölkədir.

Əslən avstraliyalı amerikanlarla danışmaq xoşuma gəlir. Onlar danışanda çox az ehtiyat edirlər, bu da ünsiyyətə başqa bir zövq qatır.

Siyasi korrektlik intellektual terrorizmdir. Axı hər kəs həmişə, hamını sevə bilməz.

Üç papaq almaq istəyirsənsə, iki baş daha ölç.

Sonrakı peşmanlıq fayda vermir. Ən yaxşısı səhvi boynuna almaqdır. Əks halda, kənardan diş pastasını boruya geri dürtməyə çalışan adam kimi görünəcəksən.

Mənbə: “Esquire” jurnalı

# 5956 dəfə oxunub

Oxşar xəbərlər

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
Cudi Denç “Pişiklər” filmini tənqid etdi:  “İstedadın və etimadın israfı”

Cudi Denç “Pişiklər” filmini tənqid etdi: “İstedadın və etimadın israfı”

12:40 22 oktyabr 2026
“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

11:00 22 oktyabr 2026
"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

17:00 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər