Sosializmi ifşa edən Azərbaycan filmi

Sosializmi ifşa edən Azərbaycan filmi
13 yanvar 2018
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Hafiz Fətullayevin 1993-cü ildə çəkdiyi “Qırmızı qatar” bədii filmini təqdim edir.

Hadisələr sərnişin qatarında baş verir. Qatarın bir hissəsində fəhlə-kəndli sinfi, bir hissəsində ruhi xəstələr, başqa bir hissəsində isə yuxarı sinfin nümayəndələri, digər hissəsində isə fahişələr yerləşib.

Aşağı təbəqənin nümayəndələri ağır şərtlərdə yol gedir. Yuxarı təbəqə isə komfortlu nömrələrdə yerləşib.

Sovet İttifaqının yenicə dağıldığı illərdə çəkilən “Qırmızı qatar” sosializm quruluşuna məyus olmuş müəllifin pessimist yanaşmasıdır.

Rejissor milli kinomuza o qədər də xas olmayan fars janrından istifadə edib, absurd, qrotesk elementlərindən yararlanıb.

Hadisələr də, məkan da şərtidir, personajlar belə şərtilik sərhədlərində təsvir olunub. Teatrallıq kinematoqrafikliyi üstələyir. Kinoda şərtilik, teatrallıq təhlükəlidir. Çünki şərtiliyə çox gedəndə bu zaman təsvir olunan hadisə, vəziyyət, aktyor oyunu tamaşaçıya reallıq, həmin anda baş verənlərlə yaşamaq hissini vermir. Əhvalatın ritminə daxil olmaqda çətinlik yaranır. Hər an tamaşaçı olduğun, ekrandan film izlədiyin xatırlanır. Aktyor oyunu daha çox mübaliğəli oyun tərzinə söykənir. Azad ölkə ideyası, demokratiya uğrunda mübarizə, insan haqları, hakimiyyət hərisliyi, dünyanı idarə edən güc qarşısında sadə insanın köməksizliyi filmin əsas motivləridir. Amma mesajlar birbaşa, deklamativdir. Bir epizodda fahişə öz peşəsinin məqsədini elan edir:

“Bu dünyaya biz hələ çox lazımıq. Biz onu idarə edirik, qayda-qanun yaradırıq. Diplomatiya və dünya problemləri bizim yataqda həll olunur. Emosiyalar bizim köməyimizlə sakitləşir”.

Şəri təmsil edən Laber əmindir ki, əgər hansısa dövlətdə intelegensiya aclıq çəkmirsə bu dövlət inkişaf edə bilməz.

Müdrik, xeyirxah filosof-rəssam Turan xeyrin simvoludur.

Kəndli-fəhlə sinfinin çəkic və oraqla qatarı siçovullardan azad etməyə tələsməsi, bunun müqəddəs müharibə kimi xarakterizə edilməsi Böyük Sosialist İnqilabını ifadə edir.

Peşəkarlıq nöqteyi-nəzərdən qüsurlar çox olsa da, bununla belə film tariximiz, vacib ideyaların ön plana çəkilməsi baxımdan maraqlıdır.

Filmdə Həsən Məmmədov, Səyavuş Aslan, Fuad Poladov, Telman Adıgözəlov rol alıb.

Həsən Məmmədovun qəhrəmanı həkimdir. O, humanistdir, sağlam düşüncəli az adamdan biridir. O, qatarda kişilərin zorlamaq istədiyi gənc qızı Pərvinəni (Şəhidə) xilas edir, onu himayəsinə alır.

Telman Adıgözəlovun unitaz kolleksiyası yığan personajı lümpen proletariatı təmsil eləyir.

Səyavuş Aslanın obrazı günü əyləncədə keçən yuxarı təbəqənin təmsilçisidir.

Fuad Poladovun qəhrəmanı Laber şərin, gücün göstəricisidir.

Qatar adı məlum olmayan ölkəyə çatır. Bu ölkədə hamı eyni geyinir, əmin-amanlıq hakimdir, marketlərdə ərzaq, geyim pulsuzdur. Laberi isə buradakı əmin-amanlıq qane eləmir. Finalda onun rəhbərliyi ilə şəhər dağıdılır, sakinlər öldürülür, uşaqlar yandırılır.

Filmdə açıq səhnələr də az deyil. Məsələn, fahişələr yaşlı kişini zorlamaq istəyir, orgiya düzənləyir və onu alçaldırlar.

Son səhnədə çılpaq qadın və kişi çöllükdə əylənir. Və qadın kişini alma yeməyə təhrik edir. Təbii ki, epizod Həvva və Adəm əhvalatına allüziyadır.

Ssenari müəllifi Hafiz Fətullayev, operator Əbdürəhim İsmayılov, Eldar İsgəndərovdur. Filmdə Özbəkistan aktyorları da çəkilib.

İstehsalçı qurum "Sərab" Müstəqil Kinoşirkətidir.

# 3080 dəfə oxunub

Oxşar xəbərlər

Harri Staylsın turu əsasında film çəkiləcək

Harri Staylsın turu əsasında film çəkiləcək

15:20 19 oktyabr 2026
Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

14:40 19 oktyabr 2026
“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

14:24 19 oktyabr 2026
London Film Festivalı  Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

London Film Festivalı Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

11:20 19 oktyabr 2026
Elizabet Holms  haqqında sənədli film kinoteatrlarda gözlənilməz uğur qazandı

Elizabet Holms haqqında sənədli film kinoteatrlarda gözlənilməz uğur qazandı

11:00 19 oktyabr 2026
"Ögey ana"nın İsmayılı necə əsir düşdü? – Müstəqillik dövrünün 5 möhtəşəm Qarabağ filmi

"Ögey ana"nın İsmayılı necə əsir düşdü? – Müstəqillik dövrünün 5 möhtəşəm Qarabağ filmi

13:00 18 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər