“Şekspir” tamaşası nümayiş olunacaq

“Şekspir” tamaşası nümayiş olunacaq
8 iyul 2016
# 15:28

İyulun 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş tamaşa nümayiş olunacaq.

Kulis.Azın məlumatına görə, Tamaşanın quruluşçu rejissoru Kişineudakı Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsərində xalq artisti Ramiz Novruz, əməkdar artistlər Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov, aktyorlar Nigar Güləhmədova, Anar Heybətov və başqaları çıxış edirlər.

Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayırlar. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə baş-başadır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir.

Xəstəxanaya Drob-13-ün gətirilməsi ilə hər kəs bir daha həyata münasibəti haqqında düşünməli olur. Hər kəs hərəkətlərinə yenidən, yadplanetlilərin gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu, sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan edildiyi dünyamızın kiçik modelinə çevrilir.

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsinin tərkib hissəsidir.

# 3594 dəfə oxunub

Oxşar xəbərlər

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

16:57 15 may 2026
"Oskar"lı ulduzdan böyük layihə

"Oskar"lı ulduzdan böyük layihə

14:17 15 may 2026
Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

13:53 15 may 2026
Uill Smit "Oskar" qalmaqalından sonra  ekranlara qayıdır

Uill Smit "Oskar" qalmaqalından sonra ekranlara qayıdır

13:15 15 may 2026
“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

11:03 15 may 2026
“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

11:45 14 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər