Gənc yazarın pyesi Təbriz teatrında

Gənc yazarın pyesi Təbriz teatrında
14 yanvar 2015
# 18:33

Azərbaycan Yazıçılar Birliyinin üzvü, bu günlərdə daha bir kitabı ilə oxucularla görüşən istedadlı gənc yazıçı Səidə Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı "Toplan” adlı pyes Cənubi Azərbaycanın tanınan "Mika” kukla-sənət qrupunun teatrında səhnəyə qoyulur.

2003-cü ildən müstəqil şəkildə fəaliyyətini davam etdirən teatr zəngin və qədim kukla teatrı ənənələrinin yaşadılması və təbliğatı işini Təbriz başda olmaqla bütünlükdə İran və eləcə də onun hüdudlularından kənarda təbliğ etməklə məşğuldur.

Əsas məqsədi Azərbaycan kukla teatr sənətini Təbrizdə də yaşatmaq olan teatr qurucusu və rejissoru olduğu Əli Bernonun rəhbərliyi ilə bu günədək Azərbaycan, Rusiya, Türkiyə daxil olmaqla bir sıra ölkələrin beynəlxalq kukla teatrı festivallarında da iştirak edib. Klassik teatr ənənələrini müasir çalarlarla zənginləşdirməklə uşaqlara teatrı, azərbaycanlı müəllifləri tanıdıb sevdirməyi hədələyən sənət ocağı bu dəfə gənc müəllifə üstünlük verməklə onun bədii nümunəsini səhnələşdirməyi qərara alıb.

Səidə Haqverdiyevanın bir neçə il əvvəl qələmə aldığı və müasir dövrlə həmahənglik təşkil edən pyesinə müraciət edən teatr bununla da uşaqlara əsərin ana xəttini təşkil edən sədaqət, dostluq, dürüstlük, səmimiyyət və qarşılıqlı inam kimi dəyərləri aşılamağa çalışır.

Müəllifin əsərin qəhrəmanı Toplan və onun dostları arasında olan münasibətə bədii boyalarla verdiyi özəllik və əsas ideyanı - sədaqətli olmağı önə çəkən rejissor tamaşanın yanvarın 21-də balaca teatrsevərlərin ixtiyarına veriləcəyini deyib. Tamaşa fevralın 9-dək Təbrizin 29 Bəhmən teatr salonu başda olmaqla bir sıra məkanlarında nümayiş olunacaq. Tamaşada teatrın əsas səhnə ustalarından Hesam Maqsudi, Cəlil Şahnazi, Fərhad Fərəhbaş, Mehdi Borhan və başqaları rola alacaq.

Onu da qeyd edək ki, səhnə nümunəsinin il ərzində Bakıda da nümayişi nəzərdə tutulur.

# 2019 dəfə oxunub

Oxşar xəbərlər

Autizmə həsr olunan filmin premyerası keçiriləcək

Autizmə həsr olunan filmin premyerası keçiriləcək

13:00 8 aprel 2026
İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı

İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı

13:18 7 aprel 2026
Şuşada çəkilən ilk film gözləntiləri doğrultdumu? - "Doğma torpağ"ın görünməyən problemləri

Şuşada çəkilən ilk film gözləntiləri doğrultdumu? - "Doğma torpağ"ın görünməyən problemləri

10:00 7 aprel 2026
"Analıq hissini yüksək sənətə daşıya bilmək..."  - Bahəddin Həzi

"Analıq hissini yüksək sənətə daşıya bilmək..." - Bahəddin Həzi

13:00 6 aprel 2026
“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

10:40 4 aprel 2026
“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə”  sənədli filminin ilk bölümü yayımlandı

“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü yayımlandı

17:34 3 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər