Kino tarixinin 15 dahi rejissoru

Kino tarixinin 15 dahi rejissoru
12 iyul 2014
# 07:45

Kulis.Az kinematoqrafiya tarixinə damğasını vurmuş 15 dahi rejissoru təqdim edir.

15. Vudi Allen

Amerikalı rejissor, prodüser, aktyor, yazar və musiqiçi Vudi Allen. 1 dekabr 1935-ci ildə Nyu-Yorkda anadan oldu. Əsərlərində əsasən insan münasibətləri və qara yumor qabarıqdır. Hardasa 50 ildir ki, film sektorunda yer alır və bir maşın kimi çalışan zəkası sayəsində hər il bir film çəkmək və ssenari yazmaqdan qalmır.

“Enni Holl”, “Manhetten” və “Paris gecəyarısı” ən yaxşı filmlərindəndir.

14. Roman Polanski

1933-cü ildə Parisdə doğulan məşhur rejissor “Rozmarinin körpəsi” adlı qorxu filmi ilə tanınmışdı. 1974-cü ildə çəkdiyi və baş rolunu Cek Nikolsonun oynadığı “Çin kvartalı” filmi ilə məşhurluğuna məşhurluq qatsa da ona ən böyük uğuru ona 2002-ci ildə çəkdiyi “Pianist” filmi gətirib.

13. Billi Uaylder

22 iyun 1906-cı ildə anadan olub və 2002-ci ildə vəfat edib. Komediya və nuar janrının ən önəmli təmsilçilərindəndir. 21 dəfə Oskar mükafatına namizəd olsa da 7 dəfə qazanıb.

“Bəziləri bu istini sevir”, “Sanset Bulvarı”, “İtirilmiş həftəsonu”, “Mənzil” ən önəmli filmləridir.

12. Sercio Leone

''Spagetti-vestern'' növünün ən böyük nümayəndəsidir. “Bir ovuc dollar”, xüsusən də “Yaxşı, pis və zalım” filmlərilə şöhrət qazanıb. 1984-cü ildə çəkdiyi “Bir dəfə Amerikada” filmi ilə təkcə ''Spagetti-vestern'' janrının ən usta rejissorlarından olmadığını sübut elədi.

11. Sidni Lyumet

1924-cü ildə anadan olan və 2011-ci vəfat edən usta rejissor. Çox erkən yaşda çəkdiyi “12 qəzəbli kişi” filmi ilə kino tarixinə adını yazmağı başardı. Al Paçinonun oynadığı “İt günortası” və “Serpiko” filmlərini çəkdi. 1976-cı ilə kulta çevrilmiş “Teleşəbəkə” filmini çəkdi. Böyük rejissor Oskar almayıb. Yalnız şərəf mükafatını alıb ki, bu da Oskar kateqoriyalarına daxil deyil.

10. Stiven Spilberq

Kinematoqrafiyada özünəməxsus yolu var, xüsusən fantaziya janrında kult filmlərə imza atıb. Ən yaxşı filmləri “Şindlerin siyahısı”, “Yura dövrünün parkı”, “Siravi Raynı xilas etməli”, “Vəkillər” və “İndiana Cons”dur. Üç dəfə Oskar alıb.

9. Alfred Hitçkok

Triller janrının ən böyük rejissorlarından. Mükəmməl filmlər çəkib və dahiyanə texnikaya sahib olub. Onun texnikası bu gün belə bir çox rejissor tərəfindən istifadə olunur. “Həyətə açılan pəncərə”, “Psixo”, “Başgicələnmə” və başqa filmlərin müəllifidir.

8. Fransis Ford Koppola

“Xaç atası” kimi 3 seriyalı kult filmin çəkən dahi rejissor. “Xaç atası”ndan sonra 1979-cu ildə digər bir kult filmi “Apokalipsis bu gün” filmini çəkdi. Koppola 5 dəfə Oskar alıb.

7. Frank Kapra

İtalyan əsilli Amerika rejissoru. 1939-cu ildə çəkdiyi “Missis Smis Vaşinqtona gedir” filmi ilə adını əbədiləşdirən Kapra 1946-cı ildə çəkdiyi və bu gün belə təsirini itirməyən “Bu gözəl həyat” filmini kino dünyasına təqdim edib. Üç dəfə Oskar alıb.

6. İnqmar Berqman

İsveçli dramaturq, rejissor və ssenarist. Melanxolik kino anlayışı olan Berqman 1957-ci ildə çəkdiyi və baş rolunda əfsanə aktyor Maks fon Syudovun oynadığı “Yeddinci möhür” unudulmaz olub.

5. Sergey Eyzenşteyn

Sovet kinorejissoru. Səssiz filmləri və kinematoqrafiya ilə bağlı tesizləri ilə məşhur olmuş rejissor. Ən unudulmaz əsəri “Potyomkin zirehli gəmisi” filmidir.

4. Andrey Tarkovski

Rus kinorejissor və ssenaristi. Dünya kinosunda özünəməxsus yeri var. “Poetik kino”nun ən vacib nümayəndələrindəndir.

“İvanın uşaqlığı”, “Solyaris” və “Andrey Rublyov” ən yaxşı filmləridir.

3. Akira Kurosava

Yapon film prodüseri, rejissor, ssenarist. Kinematoqrafiya tarixinin ən böyük rejissorlarından biri sayılır. “Rosyomon” filmi ilə məşhurlaşan Kurosava “Yeddi samuray”, “Ran” “Cangüdən” kimi filmləri ilə də məşhurdur.

2. Orson Uells

Onu kino dünyasının dahi uşağı da adlandırırlar. “Vətəndaş Keyn” kimi unudulmaz bir filmin rejissor və aktyoru. Ölümünün üstündən illər keçsə də texnikası çəkdiyi filmləri və ən önəmlisi “Rosebud” (qızılgül qönçəsi) kəlməsi ilə dünya durduqca yaşayacaq.

1. Stenli Kubrik

Yaradıcı zəkası, kəskin kino dili və ədəbi sənətləri istifadə etmə bacarığı ilə fərqlənən dahi rejissor.

“Kosmik Odisseya 2001”, “Portağal mexanizmi”, “Parıltı”, “Şöhrət yolu, “Lolita”, “Doktor Streyndclov”, “Barri Lindon” kimi əvəzedilməz filmlər onun bənzərsiz zəkasının məhsuludur.

# 3004 dəfə oxunub

Oxşar xəbərlər

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
# # #