Yançağından tanınan qadın VİDEO

Yançağından tanınan qadın VİDEO
21 fevral 2013
# 11:18

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) hazırda Fransada olan sabiq rektoru Elşad Abdullayev daha bir video görüntü yayıb.

APA-nın xəbərinə görə, E. Abdullayevin yaydığı video görüntü 2004-cü ilin noyabrında qeydə alınıb.



Video görüntüdə Daxili İşlər Nazirliyinin polkovniki Rasim İldırımzadə ilə Elşad Abdullayev arasında ikincinin qardaşı Mahir Abdullayevin itkin düşməsi və geri qaytarılması ilə bağlı danışıq əksini tapıb.

Rasim İldırımzadə Elşad Abdullayevə bir filmin məzmununu danışır və həmin filmlə Azərbaycandan xaricdə saxlanıldığını dediyi Mahir Abdullayev arasında əlaqə qurur.

Kulis.Az araşdırma apararaq həmin filmin “Göyərtədən kənarda” olduğunu müəyyənləşdirib.

“Göyərtədən kənarda” filmi ABŞ istehsalıdır. Film 1987-ci ildə ekranlaşdırılıb. Baş rollarda Qoldi Houn və Kurt Rassel oynayır. Filmin rejissoru Harri Marşaldır.

Filmin sujeti

Özündənrazı varlı qadın Coanna Steytonun yaxtası təmir üçün kiçik bir liman şəhərində dayanır. Dəlisov qadın yaxtaya ayaqqabı şkafı düzəltdirmək üçün dülgər Din Proffiti çağırır. O işi yerinə yetirəndənsonra isə Coanna onun haqqını ödəmək yerinə şkafı bəyənmədiyini deyib qovur. Gecə Coanna yaxtanın göyərtəsində itmiş nişan üzüyünü axtararkən göyərtədən düşür və nəticədə yaddaşını itirir.

Bundan xəbər tutan Din isə qisas almaq qərar almaq qərarına gəlir və yaddaşını itirmiş milyarder qadını Emmi adı ilə öz arvadı elan edərək dörd oğlunun yaşadığı evinə gətirir.

Ərköyün qadın sədaqətli evdar xanıma çevrilir. Ev yığışdırmağı, yemək bişirməyi öyrənir, uşaqların qayğısına qalır. Qısa bir zamanda ailənin sevimli üzvünə çevrilir.

Din ona həqiqəti söyləyəndə isə Coanna və uşaqlar buna inanmırlar. Coannanın əri Qrant isə deyingən arvadının yoxluğundan istifadə edərək öz kefini sürür. Coannanın anası isə iki aydır bir xəbər çıxmayan qızından sarı narahat olaraq yaxtaya gəlir və o yeznəsi ilə həmin şəhərə yollanır. Qrant arvadının yaddaşını itirməsindən narahat olur ki, birdən dəbdəbəli həyatdan vidalaşa bilər. Odur ki, Coannanı yenidən evinə qaytarır.

Lakin tezliklə Din və uşaqlar Coannasız qala bilmədiklərini anlayırlar. Din plan qurur və uşaqları ilə Coannanın yaşadığı şəhərə gəlirlər. Plan baş tutur, Din Coanna ilə qovuşur və bu dəfə həqiqətən evlənirlər.

Filmin rus dublyajına burdan baxa bilərsiniz.

# 10549 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər