“Əli və Nino” yarımçıq qalıb-MÖVQELƏR

“Əli və Nino” yarımçıq qalıb-<span style="color:red;">MÖVQELƏR
25 sentyabr 2014
# 12:29

Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkilən çoxseriyalı bədii filmin çəkilişləri maliyyə çatışmazlığı səbəbindən dayandırılıb. Filmin yaradıcı heyəti müxtəlif mənbələrə müraciət edərək maliyyə axtarışına çıxıb. Serialın rejissoru və baş rolun ifaçısı (Əli xan) Elvin Mirzəyevin Kulis.az-a verdiyi məlumata görə, filmin 45 faizi çəkilməyib. Bunlar batal (döyüş səhnələri) və kütləvi səhnələr (aşura mərasimi səhnəsi), pirotexnika tələb edən epizodlardır.

Serial əvvəlcə 12 seriya kimi nəzərdə tutulsa da sonradan onun 4 seriyada çəkilməsi qərara alınıb. “Əli və Nino” “Trem Tv Production”da ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Milli Teleradio Şurasının sifarişi ilə çəkilir.

“Milli Teleradio Şurası bizə vəsait ayırıb və indi də bir qədər ayıracaq. Lakin bu imkanlar çox xərc tələb edən filmi bitirməyə kifayət etmir. Mən bu filmə çox bağlıyam. Tək istədiyim ortaya çox yaxşı bir film qoymaqdır. Əlavə maliyyə dəstəyi olarsa, biz filmin çəkilişlərini davam etdirər, bitirərik. Sadəcə bizə inansınlar və biz o filmi sona çatdıraq” –deyə rejissor Kulis.az-a açıqlamasında bildirib.

Filmdə ikinci dərəcəli qəhrəmanlardan birini – Səfər xanı canlandıran aktyor Ayşad Məmmədov Kulis.az-a verdiyi açıqlamada hələ bir neçə çəkiliş gününün qaldığını söyləyib:

“Biz əlbəttə əhvalatı, süjet ardıcıllığı ilə yox, ordan-burdan çəkirik. Bu, kinoçəkilişin qaydasıdır. Maliyyə problemi yaranıb və çəkiliş yarımçıq qalıb. Amma indiyə qədərki çəkilişlər üçün qonorarlarımız ödənilib”.

# 4525 dəfə oxunub

Oxşar xəbərlər

"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər