Teatr Festivalı Başladı PROQRAM

Teatr Festivalı Başladı <span style="color:red;">PROQRAM
27 mart 2014
# 16:32

Martın 27-də Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və Bakı Uşaq Teatrının təşəbbüsü ilə “Bizim teatr” Beynəlxalq teatr festivalının açılış mərasimi baş tutub. Kulis.Az-ın məlumatına görə, festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İranın teatr kollektivləri də iştirak edirlər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, ölkədə festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.

Qeyd edək ki, martın 29-dək davam edəcək festivalın bütün tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa zalında və foyesində təqdim ediləcək.

Festivalın proqramı ilə sizi tanış edirik:

27 mart

“Apokalipsis” (müəllif: Sien Eker, rejissor M. Hacıbaba)- 17.00

“Türkiyə“ Biricik Eksanat teatrı (Türkiyə) 17.45

“Bir yoxsul olsaydım” (Müəllif T. Cücenoğlu, rejissor Ə. İlhamə) 18.30

“İblis” (Gi de Mopassan, rej. Könül Şahbazova)

28 mart

“Mən səni gözləyirəm, əzizim” (Müəllif Dario Fo, Franko Rame, rej. M. Hacıbaba) – 17.00

Gürcüstan Xelvachaursk Teatrı – 17.45

“Ağac” (rej. İntiqam Soltan) – 18.30

“Kibritsatan qız” (Andersen, rej. Könül Şahbazova)- 19.00

“Kalxas” (Çexov, rej. İ. Soltan)- 19.30

29 mart

“Retro” (müəllif, rejissor Arzu Soltan)- 17.00

“Kasıbın yuxusu” (İ. Soltan) – 17.45

Təbriz Kotal Teatrı – 18.30

“Qucaqla məni” (Arzu Soltan, İ. Soltan)- 19.00

# 3471 dəfə oxunub

Oxşar xəbərlər

Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub

Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub

11:12 20 noyabr 2026
Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

14:26 18 noyabr 2026
Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

12:47 18 noyabr 2026
FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

12:14 17 noyabr 2026
Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor

Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor

10:14 17 noyabr 2026
Avropa Film Mükafatlarının namizədləri açıqlandı

Avropa Film Mükafatlarının namizədləri açıqlandı

15:28 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər