O söyüşlər hara gedir? - YENİ FİLM

O söyüşlər hara gedir? - <span style="color:red;">YENİ FİLM
21 iyul 2017
# 11:24

Iyulun 20-də “Aranfilm” Yaradıcılıq Mərkəziində istehsal olunan “Qara dəlik” filmi təqdim olunub.

Kulis.azın verdiyi xəbərə görə, aktyor Hikmət Rəhimovun ssenarisi və rejissorluğu ilə ərsəyə gələn qısametrajlı film ata, ana və bir qız uşağından ibarət ailənin yaşadığı çıxılmaz böhrandan bəhs edir. Filmin operatoru Rafiq Əliyev, prodüseri İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviçdir.

Yaşamağa yararsız olan bir daxmada son dərəcə miskin bir həyat və yaranan ailə münasibətləri filmin süjetini təşkil edir. Bu elə bir həyatdır ki, qadın (Münəvvər Əliyeva) qadın ola, kişi (Elşən Rüstəmov) kişi ola, uşaq (Selcan Müseyibova) uşaq ola bilmir. Milyonlar eynən bu dialoqları təkrarlayırlar, eynən bu söyüşləri söyür, uşaqları eynən bu dildə susur. Hikmət Rəhimovun filmi ailə bölgüsünün, münasibətlərin, sosial həyatı toqquşduğu yerdən bəhs edir. Film nə sual qoyur, nə cavab axtarır. O, sadəcə bu həyatın bir parçasını təqdim edir və atasına siqaret almaq üçün banka təhvil verən uşağa fokuslanır.

# 3255 dəfə oxunub

Oxşar xəbərlər

Cudi Denç “Pişiklər” filmini tənqid etdi:  “İstedadın və etimadın israfı”

Cudi Denç “Pişiklər” filmini tənqid etdi: “İstedadın və etimadın israfı”

12:40 22 oktyabr 2026
“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

11:00 22 oktyabr 2026
"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

17:00 21 oktyabr 2026
"The Wicker Man" filminin pərdəarxası

"The Wicker Man" filminin pərdəarxası

15:00 21 oktyabr 2026
Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

15:00 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər