Ən yeni Azərbaycan serialları - SİYAHI

Ən yeni Azərbaycan serialları - <span style="color:red;">SİYAHI
23 sentyabr 2017
# 16:35

Azərbaycan teleefirində yeni başlayan yeddi serial: Nədən bəhs edir? Ideya-konflikti nədir? Azərbaycan teleserialları artıq özünə tamaşaçı toplayıb. Bu mövsüm isə ötən ilkilərdən yeni serialların çoxluğuna görə fərqlənir. Kulis.az yeddi yeni serial haqda məlumatları tamaşaçıların diqqətinə çatdırır.

“Ata ocağı”

Serialın heyətinə Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfər, Asya Atakişiyeva daxildir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir. Ailə başçısı ata sosial problemlər məngənəsində təklənir.

“İmtahan”

Serial tələbə həyatından bəhs edir. Müəllim tələbə arasında sevgi serialın əsas süjet xəttidir. Ailə-məişət mövzusunda olan seriallardan mövzusu ilə fərqlənən bu seriala gənc aktyorlar cəlb olunub: Hikmət Rəhimov, Sənan Əlləz, Nicat Əlili, Cavanşir Məhərrəmov, Əli Əlizadə,

“Ögey ana”

“Ögey ana” Azərbaycan filminin motivləri əsasında çəkilir. Burada anasını itirmiş İsmayıl da Cəmilə də böyüyüb. Arif (İlqar Cahangirov”) isə yenidən evlənib. Ögey ana (Kəmalə Müzəffər) soyuqluğu, ailədaxili konfliktlər serialın fabulasını təşkil edir.

“Barama”

Image result for Barama serialı

Kriminal dramdır. Konfliktin əsasında iki ailə arasında qan davası dayanır. Lakin ailələr arasında qisasçılıq hisslərinə bir də sevgi hissi qoşulur-ailələri düşmən olan iki gəncin arasında yaranan sevgi. Əsas ideya insanın qisasçılıq hisslərinin onu zəiflətməsi, sevginin isə böyüklüyüdür.

“Laləli saray”

“Barama”ya oxşasa da konflikt motivi orijinaldır. Serialın ssenari müəllifi Pərviz Seyidli bu motivin 36 əsas dramatik situasiyadan seçildiyini deyilir. Bir xəta üzündən, xətanın gizlədilməsi səbəbindən ailələr arasında yaranan konflikt yenidən şiddətlənir. Qisas xəttinə əlavə bir sevgi xətti də qoşulur. Ailə dramının əsas ideyası ailə dəyərlərini qorumaq, təməl prinsiplərdə güzəştə getməməyə həsr olunub. Serialın bir xüsusiliyi də xalq artisti, çoxdan ekranlarda görünməyən Şükufə Yusupovanın baş rolda oynamasıdır. Həmçinin serialda Vaqif Əsədov, Elşən Rüstəmov, Firdovsi Atakişiyev, Günel Məmmədova çəkilirlər.

“Xalxın evi”

Komediyadır. Mikayıl adlı müflisləşmiş biznesmen kəndlərinə qayıdır və serial onun macəralı həyatını təqdim edir. Mikayıl rolunda əməkdar artist Çingiz Əhmədov oynayır. Serialın rejissoru, “Məhəbbət” obrazı ilə tanıdığınız Ramin Hacıyevdir.

“Ailəcanlı”

Hadisələr bir internet telekanalında baş verir. Xalq artisti Ramiz Novruz televiziya rəhbərini, Müşfiq Şahverdiyev onun kürəkənini canlandırır. Serialın rejissoru Ramin Hacıyev serialın içində də rejissor obrazını yaradır.. Bundan başqa, serialda Elsevər Mehdizadə, Mələk Heydərova, rəqqasə Röya Əliyeva, Zümrüd Bədəlova və digər aktyorlar var.

# 30053 dəfə oxunub

Oxşar xəbərlər

“Tağıyev: Neft”  filmi “Oskar” mükafatına namizəd təqdim edildi

“Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edildi

15:00 4 sentyabr 2025
Beynəlxalq Film Fondu  layihələrin qəbulunu elan etdi

Beynəlxalq Film Fondu layihələrin qəbulunu elan etdi

13:00 4 sentyabr 2025
8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı oldu

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı oldu

12:40 4 sentyabr 2025
"Call of Duty"  oyunu əsasında film çəkiləcək

"Call of Duty" oyunu əsasında film çəkiləcək

11:00 4 sentyabr 2025
92 yaşlı ulduz 10 ildən sonra qırmızı xalçaya çıxdı

92 yaşlı ulduz 10 ildən sonra qırmızı xalçaya çıxdı

13:00 3 sentyabr 2025
Donald Tramp  Vudi Allenin filmində oynayacaq?

Donald Tramp Vudi Allenin filmində oynayacaq?

15:40 2 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər