Nazirlik rəsmisi: “Kinomuzun inkişaf konsepsiyası hazırlanır"

<span style="color:red;">Nazirlik rəsmisi:  “Kinomuzun inkişaf konsepsiyası hazırlanır"
14 mart 2019
# 16:12

Ölkə başçısının “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı ciddi işlər görülür.

Sərəncamın 1-ci bəndində Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması tapşırılıb. Sərəncamın sözügedən bəndinin icrası məqsədilə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu yaradılıb.

Ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara Nazirlik tərəfindən müvafiq məktublar göndərilərək sözügedən Konsepsiya ilə bağlı təkliflərini təqdim etmək xahiş olunub.

Bu barədə Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

Sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə bir sıra müsabiqələrin keçirilməsi nəzərdə tutulub. İlkin olaraq bu günlərdə tammetrajlı bədii film ssenariləri müsabiqəsinin elan olunması istiqamətində iş aparılır.

Nazirlik rəsmisinin sözlərinə görə, növbəti mərhələdə qısametrajlı bədii filmlər, eləcə də sənədli və cizgi filmlərlə bağlı müsabiqələrin, gənc kinematoqrafçılara dəstək məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

İlkin mərhələdə elan olunacaq bədii film müsabiqəsində hər hansı janr məhdudiyyəti olmadan vətənpərvərlik, milli mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də, müasir həyatın digər prioritet mövzularında ssenarilər iştirak edə biləcək.

İntiqam Hümbətov deyib ki, müsabiqəyə təqdim olunan ssenarilər əsasən tanınmış kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

“Sərəncama əsasən ölkədə film istehsalını yüksək səviyyədə təmin etmək məqsədilə dövlət kino müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində də işlərin görülməsi nəzərdə tutulub”,- deyə Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vurğulayıb. /azertag.az/

# 3312 dəfə oxunub

Oxşar xəbərlər

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır:  Elizabet Bennet və mister Darsi kim olacaq?

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır: Elizabet Bennet və mister Darsi kim olacaq?

13:30 2 noyabr 2026
“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

13:00 2 noyabr 2026
Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi

11:00 2 noyabr 2026
Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

16:40 31 oktyabr 2026
"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

16:04 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər