"Taxt oyunları"nın dəmir taxtı 1,5 milyon dolara satıldı

"Taxt oyunları"nın dəmir taxtı 1,5 milyon dolara satıldı
15 oktyabr 2024
# 11:46

Sentyabrda “Taxt oyunları” serialında istifadə olunan 900-dən çox rekvizitin "Heritage Auctions" hərracında satışa çıxarılacağı açıqlanmışdı.

Kulis.az xəbər verir ki, personajların səkkiz mövsüm mübarizə apardıqları dəmir taxt altı dəqiqəlik hərracda 1,5 milyon dollara satılıb.

Serialın personajlarından Con Snounun istifadə etdiyi qılınc isə hərracda 400 min dollara alınıb.

Bundan əlavə, serialın son səhnəsində Lena Hidinin canlandırdığı Cersei Lannister obrazının geyindiyi paltar 137 min 500 dollara satılıb.

"Heritage Auctions" hərracda 4500-dən çox alıcının iştirak etdiyini və tədbirdən 21 milyon dollar qazandığını açıqlayıb.

Ülvi Bahadır

# 2483 dəfə oxunub

Oxşar xəbərlər

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

14:00 26 sentyabr 2026
"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər