“DreamWorks Animation” şirkəti “Şrek” (“Shrek”) cizgi filmi franşizasının beşinci hissəsi üzərində işə başlayıb.
Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə filmin prodüseri və “Illumination” animasiya studiyasının rəhbəri Kristofer Meledandri məlumat yayıb.
Meledandri hazırda cizgi filmləri üzərində işlərin çox erkən mərhələdə olduğunu əsas gətirərək süjetin təfərrüatını açıqlamayıb.
Xatırladaq ki, div Şrek haqqında ilk tammetrajlı cizgi filmi 2001-ci ildə işıq üzü görüb. Film uşaq yazıçısı Uilyam Steyqin 1990-cı ildə nəşr olunmuş eyniadlı nağılı əsasında çəkilib. Bundan sonra daha üç tammetrajlı hissəsi buraxılıb.
Şrek cizgi filminin yeni hissəsi çəkilir
Oxşar xəbərlər
Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında
16:23
13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?
16:00
13 noyabr 2026
Conni Depp Skrucla qayıdır
15:23
13 noyabr 2026
“Children of Blood and Bone” filmindən yeni treyler
13:04
13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası
12:38
13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə
15:11
12 noyabr 2026