Sevda Sultanova: "Müasir kinomuzda şəxsiyyət qıtlığı var"

Sevda Sultanova: "Müasir kinomuzda şəxsiyyət qıtlığı var"
8 avqust 2024
# 15:50

Kulis.az Sevda Sultanovanın "Müasir kinomuzda şəxsiyyət qıtlığı" adlı yeni yazısını təqdim edir.

İndi yadıma düşdü. Srağagün Kino günündə Orxan Fikrətoğlu yenə dedi ki, onun əsas məqsədi kinoda yeni dalğa yaratmaqdır. Yeni dalğa süni şəkildə yaranmır, dünya kinosu təcrübəsində belə şey yoxdur, olmayıb. Bu, reallığın tələbindən, təbii meydana çıxmalıdır...

Bunu kulislərdə hamı danışır, amma baxıram ki, kimsə publik demir. Kino günündə premyerası olan “Tənha insanın monoloqu” (rej: Emin Əfəndiyev) bədii filmi Orxan müəllim başda olmaqla, daha bir neçə kino adamının (və onların hamısı YARADICI adamlardır) təşəbbüs və məsləhəti ilə kəsilib-doğranıb. Rejissor versiyasında film 52 dəqiqə olub. Amma kino günü hardasa 45 dəqiqəsi göstərilib. Rejissorun filmi (fikri, ideyası) kəsilib-doğranırsa, yeni dalğa necə yaranacaq? Siz Allah, bunu necə təsəvvür edirsiz?

Və kino günündə hörmətli Yusif Şeyxov da çıxış elədi. Təxmini belə fikir dedi ki, Orxan müəllimin danşdıqlarından kinonun gələcəyi ilə bağlı ümidlərim yarandı. Bununla da Yusif müəllim dolayı yolla etiraf etdi ki, o, kino məmuru olanda milli kinomuzun perspektivi üçün əhəmiyyətli nəsə etməyib.

Məmurlar bir tərəfə... Müasir kinomuzda şəxsiyyət qıtlığı var. Ona görə də yeni dalğa-malğa çətin ki, yaransın.

Votsap statusunda yazmışdım, burda da qeyd edim. Asif Rüstəmov kino günündə status yazıb ki, Mədəniyyət Nazirliyi işğaldan azad olsun, kinostudiyada çay içək. Yəni səviyyə çayxana səviyyəsidi. Runun vaxtında Asif Azərbaycanfilmdə işləyib, kinonun məhv olunmasına göz yumub, üstəlik də dövlət büdcəsi hesabına keyfiyyətsiz film çəkib. Heç şübhə eləmirəm ki, Asif bu gün Mədəniyyət Nazirliyi və ya ARKA-yla işləyib istədiyini əldə etsəydi, bunları yazmayacaqdı.

Dostu Runun hesabına kinoya soxulan, kinomuzun büdcəsi hesabına mənasız layihələrdə maaş alan Mələk Bayramlı isə şərh yazıb ki, mən çayı paxlava ilə istəyirəm. Guya öz aləmində ironiya edir. Mələk, sən, ən yaşısı, elə paxlava bişir.

"Sevdalı kino" Telegram kanalı

# 3740 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər