Rejissor: "Biz milli dəyərlərimizi itiririk"

Rejissor:  "Biz milli dəyərlərimizi itiririk"
28 fevral 2025
# 14:00

"Animasiya sahəsindəki gerilik milli dəyərlərin qorunması baxımından ciddi fəsadlara səbəb ola bilər".

Kulis.az xəbər verir ki, bu sözləri rejissor, rəssam, ssenari müəllifi və animator Elçin Hami Axundov deyib.

Onun sözlərinə görə, biz öz milli dəyərlərimizi itiririk:

"Biz artıq bir neçə nəsli itirmişik. Nəyə görə? Çünki yerli cizgi filmləri çəkilmir. Animasiya filmləri uşaqları tərbiyələndirir. Uşaqlar gözlərini açandan animasiyadan çox şey götürürlər. Animasiya filmləri çəkilmədiyi üçün biz milli dəyərlərimizi uşaqlarımıza aşılaya bilmirik.

Yerli istehsal olmadığı üçün uşaqlar xarici cizgi filmlərinə rus və ingilis dillərində baxırlar. Bunun nəticəsində onlar xarici mədəniyyəti formalaşdırırlar və biz öz milli dəyərlərimizi, mədəniyyətimizi, mənəviyyatımızı, folklorumuzu, nağıllarımızı itiririk. Bizə bədii filmlərdən daha çox animasiya filmləri lazımdır. Bu filmlər silsilə və ya tammetrajlı şəkildə çəkilməli, uşaqların maariflənməsinə yönəldilməlidir. Yalnız bu yolla biz öz milli kimliyimizi gələcək nəsillərə ötürə bilərik”.

Axundov Azərbaycanda prodüser məktəbinin olmamasını ciddi problem kimi dəyərləndirib:

"Azərbaycanda prodüser məktəbi yoxdur, amma bu, mütləq lazımdır. Çəkilən filmlər festivallara çıxarılmalı, satılmalıdır ki, əldə edilən gəlirlə borclar qaytarılsın. Amma bunlar hökumətin pulunu götürürlər, film çəkirlər. Bunun adı prodüserlik deyil. Prodüser məktəbi inkişaf etməlidir. Televiziyada da özlərini prodüser adlandıran şəxslər var, amma onlar peşəkar prodüser deyillər”.

# 2922 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər