Real hadisələr əsasında çəkilmiş filmlər: Müharibə, xəstəlik və ayrılıq

Real hadisələr əsasında çəkilmiş filmlər: Müharibə, xəstəlik və ayrılıq
9 fevral 2025
# 12:00


Kulis.az real hadisələr əsasında çəkilmiş yaddaqalan filmlərin bir neçəsini təqdim edir.



“Ruanda hoteli”


Film 1994-cü ildə Ruandada Hutu və Tutsi etnik qrupları arasında yaşanan və minlərlə insanın ölümüylə nəticələnən vətəndaş müharibəsindən bəhs edir.

Filmin baş qəhrəmanı Paul Rusesabaqine qəsəbənin ən bahalı hotelinə rəhbərlik edir. İrqçiliyə nifrət edən Paulun həyat yoldaşı da Tutsilərdəndir. Paul həm öz ailəsini, həm də günahsız insanları qorumalıdır.

Don Çidl, Xoakin Feniks və Nik Nolton kimi təcrübəli aktyorların oynadığı filmin rejissoru Terri Corcdur.




“Xoşbəxtlik axtarışında”


Film oğluyla birgə yaşamaq uğrunda mübarizə aparan boşanmış Kris Qardnerin həyatından bəhs edir. Qabriele Muççinonun çəkdiyi filmdə baş rolları Vil Smit və oğlu Ceyden Smit canlandırır.



“Titanik”


Dünyanın xatırlamaq istəmədiyi fəlakətlərdən biri olan “Titanik” faciəsi 1997-ci ildə dahi Ceyms Kameron tərəfindən ekranlaşdırılıb.
Rejissor aysberqə çırpılıb parçalanan gəmidə yaşananları iki gəncin sevgisi fonunda təqdim edib.
Filmdə əsas rolları Leonardo di Kaprio və Keyt Uinslet canlandırıb.



“Pianoçu”


Roman Polanskinin üç nominasiyada “Oskar”a layiq görülən filmi İkinci Dünya müharibəsi zamanı yaşanan real hadisələr əsasında çəkilib.

Məşhur polşalı pianoçu Vladislav Şpilmanın xatirələrini yazdığı eyniadlı kitab əsasında ekranlaşdırılan filmin baş rolu ifaçısı Edrian Broudi “ən yaxşı aktyor” nominasiyasında “Oskar” qazanıb.



“Erin Brokoviç”


Film hüquq təhsili olmayan, amma çox önəmli məhkəmə proseslərində haqlı tərəfin qalib gəlməsinə nail olan sadə və mübariz qadından bəhs edir. Stiven Sodeberqin rejissoru olduğu filmdə Brokoviç rolunu Culiya Roberts canlandırıb.



“Apollon 13”


Ron Hovardın 1995-ci ildə ekranlara çıxan filmi Amerika tarixinin ən böyük qalmaqallarından biri olan “Apollon 13” layihəsindən bəhs edir. Film 1970-ci ildə Aya göndərilən və partlayan kosmik gəmi heyətinin dünyaya dönüşü haqqındadır.

Filmdə Tom Henks, Bill Pekston və Kevin Beykon kimi təcrübəli aktyorlar rol alıb.



“Şindlerin siyahısı”


Oskar Şindler adlı alman iş adamı 1100 yəhudinin həyatını xilas edir.

Əfsanəvi Stiven Spilberqin yaddaqalan işlərindən biri olan filmdə Oskar Şindler rolunu Liam Nelson canlandırır.



“Bacımın hekayəsi”


Ceremi Levenin eyniadlı romanı əsasında ekranlaşdırılan film Ticerald ailəsinin leykozla mübarizəsindən bəhs edir. Rejissor Nik Kassavetesin beş il öncə ekranlara çıxan filmində əsas rolları Kameron Diaz, Abiqayl Breslin və Alek Boldvin canlandırıb.



“Sosial şəbəkə”


Film bütün dünyanı fəth edən “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və dostlarından bəhs edir. Zukerberqi oğru kimi qələmə verən film kifayət qədər qalmaqala və müzakirələrə səbəb olub.

Cessi Ayzenberqin baş rolu oynadığı filmin rejissoru Devid Finçerdir.

# 1590 dəfə oxunub

Oxşar xəbərlər

Rejissor Elxan Cəfərov:   "Mənim üçün yarım milyon kino pulu deyil" - Müsahibə

Rejissor Elxan Cəfərov: "Mənim üçün yarım milyon kino pulu deyil" - Müsahibə

14:00 18 aprel 2025
Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir?

Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir?

12:00 18 aprel 2025
Xidmətçi qıza aşıq olan evli qadın - Ən yaxşı 10 LGBT filmi

Xidmətçi qıza aşıq olan evli qadın - Ən yaxşı 10 LGBT filmi

15:00 17 aprel 2025
Seksizm, gənclik, trend olmaq ehtirası - Maşınların doğduğu insanlar

Seksizm, gənclik, trend olmaq ehtirası - Maşınların doğduğu insanlar

12:15 17 aprel 2025
"Sanki yoxsan” filmi beynəlxalq mükafat aldı

"Sanki yoxsan” filmi beynəlxalq mükafat aldı

09:45 17 aprel 2025
""Bəlkə də..." alınmamış ekran işidir" - Sevda Sultanova

""Bəlkə də..." alınmamış ekran işidir" - Sevda Sultanova

16:08 16 aprel 2025
# # #