"Qarağac küçəsində kabus"un yeni filmi çəkilir

"Qarağac küçəsində kabus"un yeni filmi çəkilir
14 iyul 2026
# 17:10

"Paramount Pictures" kinostudiyası məşhur "Qarağac küçəsində kabus" adlı yeni qorxu filmi üzərində işləyir.

Kulis.az xəbər verir ki, bu barədə nüfuzlu "The Hollywood Reporter" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, kinostudiya ekran işinin orijinal ssenarisinin çəkiliş hüquqlarını filmin ilk rejissoru olan Ves Kreyvenin varislərindən satın alıb. Hazırda yeni layihə üzərində mərhum rejissorun həyat yoldaşı İya Labunka, oğlu Conatan və tanınmış prodüser Mark Toberoff birlikdə çalışır.

Yuxulardakı qatil yenidən canlanır

Kult qorxu filmi olan "Qarağac küçəsində kabus"un süjet xəttinin mərkəzində üzü yanmış və əli ülgüclü manyak Freddi Krüger dayanır. O, illər sonra gənclərin və uşaqların yuxularına girərək onlara divan tutur və bəzən real dünyaya da sızaraq dəhşət saçır.

Yeri gəlmişkən, qısa müddət əvvəl aparılan sorğulara əsasən, Freddi Krüger gənclər arasında ən populyar qorxu filmi personajlarının reytinqinə başçılıq edir. Siyahıda ikinci yeri Entoni Hopkinsin canlandırdığı Hannibal Lekter, üçüncü yeri isə "Uşaq oyunları" filmindəki qəddar kukla Çaki tutub.

# 618 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasından DANIŞAN FOTOLAR

Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasından DANIŞAN FOTOLAR

18:00 29 avqust 2026
Ridli Skottun yeni  "The Dog Stars"  filmi  - Kino tənqidçiləri nə deyir?

Ridli Skottun yeni "The Dog Stars" filmi - Kino tənqidçiləri nə deyir?

12:30 29 avqust 2026
Azərbaycan kinosunda absurd tragikomediyanın banisi - Vaqif Mustafayevin 5 məşhur filmi

Azərbaycan kinosunda absurd tragikomediyanın banisi - Vaqif Mustafayevin 5 məşhur filmi

15:00 28 avqust 2026
Tanınmış aktyor “Harry Potter”in heyətinə daxil edildi

Tanınmış aktyor “Harry Potter”in heyətinə daxil edildi

11:40 26 avqust 2026
"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 unudulmaz  filmi

"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 unudulmaz filmi

18:00 25 avqust 2026
Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

12:50 24 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər