Prezident İlham Əliyev kino işçilərinə fərdi təqaüd verdi - Siyahı

Prezident İlham Əliyev kino işçilərinə fərdi təqaüd verdi - Siyahı
1 avqust 2024
# 14:37

Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Kulis.az xəbər verir ki, Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Qurbanova Firəngiz Ağa Dadaş qızı və Rüstəmov Akif Zabi oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Qeyd edək ki, kino rəssamı, animasiya rejissoru Firəngiz Qurbanova “Birlik” animasiya studiyasının rəhbəridir.

O, 12 mart 1943-cü ildə Bakıda anadan olub. “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Gümüşü furqon”, “Ad günü” və s. bədii filmlərin quruluşçu rəssamıdır.

2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Fəxri adına layiq görülüb.

O, aktyor Ağadadaş Qurbanovun qızı, mərhum Xalq artisti Gülşən Qurbanovanın bacısıdır.

Rejissor Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub.

“Azərbaycanfilm” kinostudiyasında çəkilən bir çox filmlərin II rejissorudur.

O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

# 2293 dəfə oxunub

Oxşar xəbərlər

"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər