"Ölü Həsən" - Yeni film

"Ölü Həsən" - Yeni film
5 may 2025
# 09:00

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan yeni film – “Ölü Həsən” çəkilir.

Kulis.az xəbər verir ki, film “Ultra Production”, “Poetika Film” (Türkiyə) studiyaları, Azərbaycan Kinematoqrafçılar İttifaqı və İctimai televiziyanın birgə istehsalıdır.

Prodüserləri Emil Nəcəfov, Pərviz Məmmədov, Əli İsa Cabbarov, ko-prodüserləri Emrah Kılıç və Sevinc Əliyeva, icraçı prodüserlərii Elməddin Alıyev və Duyğu Dəvəli olan filmin rejissorluğunu Türkan Hüseyn yerinə yetirir.

Birgə istehsal olunacaq ekran əsəri mistik realizm və dram janrlarının birləşdirilməsi əsasında ərsəyə gətirilir. Filmin ssenari müəllifi Türkan Hüseyn, həmmüəllifi İsmayıl İman, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, ikinci rejissoru Asif İsgəndərli, səs operatoru Emin Mahmudov, qafferi Əli Əbilov, fokus pulleri Ruhin Mirzəyev, qrim ustası Adilə Alıyevadır.

Filmin süjetinə görə, səhvən ölü bilinən Həsən gözlərini açır və kənd əhalisi onun mistik güclərə sahib olduğuna inanır. Hadisələrin sonrakı gedişatı Həsənin ətrafında cərəyan etməyə başlayır və ssenari bu mistik atmosfer əsasında inkişaf etdirilir. Eyni zamanda mistik realizmlə yanaşı film dram, triller və qara-yumor elementlərini də özündə birləşdirir.

Rollarda Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli, Ülvi Həşim, Ramil Məmmədov, Mətləb Abuşov, Sevinc Əliyeva, Eltəkin Xan, Nigar Məmmədova, Əzizə Həşimli və Vaqif Kərimov çəkilirlər. Filmin kastinqi “Next Cast” Agentliyinə məxsusdur.

Çəkiliş prosesləri Şamaxı rayonunda, Bakının Qobustan, Zirə və Sahil qəsəbələri ilə yanaşı mərkəzi hissələrində də aparılır. Filmə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ), İctimai televiziya və Özsüt restoranlar şəbəkəsi (ketrinq dəstəyi) tərəfindən dəstək göstərilir. Xronometrajı 90-100 dəqiqə arasında olacaq film 13+ yaş kateqoriyası üçün nəzərdə tutulub. İstehsalı 2025-ci ildə başa çatacaq film əvvəlcə beynəlxalq festivallarda nümayiş olunacaq, daha sonra isə kinoteatrlarda tamaşaçılara təqdim ediləcək.

# 2459 dəfə oxunub

Oxşar xəbərlər

320 tonluq gəmini dağın başına çıxaran adam - Kino tarixinin inanılmaz hekayəsi

320 tonluq gəmini dağın başına çıxaran adam - Kino tarixinin inanılmaz hekayəsi

15:00 16 oktyabr 2026
Dünya kinosunda sınmaz iradənin simvolu - Tim Robbinsin 5 məşhur rolu

Dünya kinosunda sınmaz iradənin simvolu - Tim Robbinsin 5 məşhur rolu

13:30 16 oktyabr 2026
"Netflix"  məzmun siyasətinə rəhbərlik edən şəxsi dəyişir

"Netflix" məzmun siyasətinə rəhbərlik edən şəxsi dəyişir

12:30 16 oktyabr 2026
Al Paçino  SAG-AFTRA-nın ömürboyu nailiyyət  mükafatına layiq görüləcək

Al Paçino SAG-AFTRA-nın ömürboyu nailiyyət mükafatına layiq görüləcək

11:40 16 oktyabr 2026
Kristian Munqunun yeni filmi Norveç və Rumıniyada ciddi mübahisələr doğurdu

Kristian Munqunun yeni filmi Norveç və Rumıniyada ciddi mübahisələr doğurdu

11:00 16 oktyabr 2026
Kazuo İşiquronun məşhur romanı əsasında film çəkildi

Kazuo İşiquronun məşhur romanı əsasında film çəkildi

10:40 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər