"Odisseya" filmindən rekord

"Odisseya" filmindən rekord
20 iyul 2026
# 13:30

Kristofer Nolanın maraqla gözlənilən yeni "Odisseya" filminin ilk həftəsi uğurlu keçib.

Kulis.az xəbər verir ki, Mett Deymonun baş rolda yer aldığı ekran işi Şimali Amerikada ön nümayişlərlə birlikdə ilk günündə təxminən 51 milyon dollar gəlir əldə edib.

Təxminlərə görə, filmin ABŞ və Kanadada ilk həftəsonunda 120 milyon dollar, dünya miqyasında isə 250 milyon dollardan çox açılış gəlirinə çatacağı proqnozlaşdırılır. Bu təxminlər reallaşarsa, "Odisseya" Kristofer Nolanın karyerasında ən yüksək açılış gəliri əldə edən film olacaq.

Film yayımlanmazdan əvvəl də bilet satışları ilə diqqət çəkib. "Business Insider"ın məlumatına görə, ekran işinin ön satışları 2022-ci ildən bəri AMC-də bir studiya filmi üçün ən yüksək ilk gün satışına çatıb. Güclü tələbat səbəbindən bir çox IMAX və 70 mm nümayişlərinin biletləri günlər əvvəldən tükənib.

Təxminən 250 milyon dollarlıq büdcə ilə çəkilən "Odissey" Homerin dastanını Kristofer Nolanın şərhi ilə ekranlara daşıyır. Filmdə Mett Deymona Tom Holland, Zendaya, Enn Heteuey, Robert Pattinson, Şarliz Teron və Lupita Nionqo yoldaşlıq edir. Ekran işi Nolanın tamamilə IMAX formatında çəkilən ilk tammetrajlı filmi olmaq xüsusiyyətini də daşıyır.

# 489 dəfə oxunub

Oxşar xəbərlər

"Blade Runner 2049"  "HBO Max"ın ən çox baxılan filmi oldu

"Blade Runner 2049" "HBO Max"ın ən çox baxılan filmi oldu

11:40 8 sentyabr 2026
Növbəti Ceyms Bond artıq seçilib - Qari Oldman yeni agent haqqında

Növbəti Ceyms Bond artıq seçilib - Qari Oldman yeni agent haqqında

10:20 8 sentyabr 2026
"Namazov" filminin treyleri yayımlandı

"Namazov" filminin treyleri yayımlandı

17:35 7 sentyabr 2026
Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

17:00 7 sentyabr 2026
“44” bədii filminin premyerası baş tutacaq

“44” bədii filminin premyerası baş tutacaq

15:33 7 sentyabr 2026
Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

14:30 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər