Moskvada Azərbaycan kinosu günlərinin açılışı oldu

Moskvada Azərbaycan kinosu günlərinin açılışı oldu
8 fevral 2022
# 13:20

Rusiya paytaxtında Azərbaycan kinosu günlərinin açılışı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, “Azərbaycan kinosu. Retroperspektiv” adı altında reallaşan mədəniyyət tədbiri Moskvanın “İlluzion” kinoteatrında keçirilib.

Fevralın 7-dən 15-ə kimi moskvalılar üçün “Şərikli çörək”, “İstintaq”, “Bir cənub şəhərində” də daxil olmaqla 19 Azərbaycan filmi nümayiş olunacaq. Məqsəd Azərbaycan kinematoqrafiyasının inciləri və müasir nümunələri ilə yerli auditoriyanı tanış etməkdir.

“İllüzion” kinoteatrının art-direktoru Aleksandra Lavrova bildirib ki, Azərbaycan kinosunun retroperspektivi proqramı Azərbaycanın Mədəniyyət Nazirliyi ilə birgə hazırlanıb: “Bu, müasir Rusiya tarixində Azərbaycan kinematoqrafiyasının miqyaslı retroperspektividir. Mən çox şadam ki, bu hadisə baş verdi. Biz bunu ötən ilin iyun ayında planlaşdırmışdıq. Əvvəl avqustda, daha sonra oktyabr, noyabrda keçirmək istəyirdik. Lakin pandemiya səbəbindən bir neçə dəfə təxirə salmalı olduq. Nəhayət bu an gəlib çatdı. Mən ümid edirəm ki, bununla bizim əməkdaşlığımız bitməyəcək”.

Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya departamentinin rəhbəri Rüfət Həsənov 19 Azərbaycan filminin Moskvada nümayiş olunmasını önəmli mədəniyyət hadisəsi adlandırıb: “Hər gün Moskva kinosevərləri, həm də bizim həmkarlarımız bu filmlərə baxıb Azərbaycan kinematoqrafiyası ilə tanış ola bilər”.

Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova Moskvada Azərbaycan kinosu günlərinin açılışının ikitərəfli mədəni münasibətlərdə böyük hadisə olduğunu söyləyib: “Bu retroperspektiv proqramında həm yaşlı nəslin, həm orta, həm də gənc nəslin əsərləri nümayiş olunur. Bu bizim üçün çox vacibdir. Çünki mərhələli şəkildə kinematoqrafiyamızın inkişafını göstərmək niyyətindəyik”.

Azərbaycan kinosu retroperspektivinin açılışına rejissor Fariz Əhmədovun premyerası 2021-ci ildə Rotterdam kinofestivalında baş tutan “Sonuncu” adlı filmi ilə start verilib.

“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov bu filmin Kürdili adasında yaşayan bir azərbaycanlının həyatından, onun gündəlik həyat tərzindən bəhs etdiyini söyləyib: “Bu şəxs Kürdili adasının sonuncu sakini olaraq bizim sənədli filmin qəhrəmanı kimi kinolentinə köçürülüb. Təəssüf ki, biz filmin çəkilişləri dövründə qəhrəmanımızı itirdik. Bu rejissor kimi mənim üçün şok hadisə oldu.”

Xəzər dənizində tərk edilmiş Kürdili adasının yeganə və sonuncu sakini Vitali Proninin həyatının son günlərini əks etdirən miniatür formatda insan həyatı haqqında dastan olan film tamaşaçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, 19 filmdən ibarət “Azərbaycan kinosu. Retroperspektiv” proqramına 1935-ci ildən bu günə qədər olan dövrü əhatə edən komediya və triller, nağıl və detektiv hekayələr, kinoromanlar, sevgi hekayələri, sosial dramlar və sürreal təmsillər daxildir. Sovet dövrünün son səssiz filmlərindən biri olan “Dəcəl dəstə”dən tutmuş Berlin Beynəlxalq Film Festivalını fəth edən “Yarasa”ya, müharibədən sonrakı və mülayimləşmə dövrü filmlərindən beynəlxalq festivalları fəth edən müasir müəllif filmlərinə qədər müxtəlif dövrlərə aid proqram Azərbaycan kinematoqrafiyasının geniş janr və üslublarını nümayiş etdirir. Filmlərin yarıdan çoxu Dövlət Film Fondunun arxivindən olan 35 mm-lik plyonkadan, Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim olunan rəqəmsal nüsxələrdən nümayiş etdiriləcək.

# 2116 dəfə oxunub

Oxşar xəbərlər

Vicdansız, yaraşıqlı və təhlükəli - Dünya kinosunun ən uğurlu "şər" obrazı

Vicdansız, yaraşıqlı və təhlükəli - Dünya kinosunun ən uğurlu "şər" obrazı

18:46 2 mart 2026
“Tilov”  serialının yaradıcı heyəti ilə görüş

“Tilov” serialının yaradıcı heyəti ilə görüş

15:40 2 mart 2026
Nuri Bilge Ceylanın yeni filmində baş rolu o oynayacaq

Nuri Bilge Ceylanın yeni filmində baş rolu o oynayacaq

11:30 2 mart 2026
“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır

“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır

10:45 2 mart 2026
“Bir səfərin izi ilə - ABŞ”  filminin təqdimatı oldu

“Bir səfərin izi ilə - ABŞ” filminin təqdimatı oldu

15:21 28 fevral 2026
“Scream 7”nin premyerasında boykot

“Scream 7”nin premyerasında boykot

12:38 28 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər