Kann festivalına seçilən filmimizin posteri yayımlanıb

Kann festivalına seçilən filmimizin posteri yayımlanıb
13 may 2024
# 16:44

“Sanki yoxsan” filminin posteri yayımlanıb.

Kulis.az xəbər verir ki, rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı bədii filmi 77-ci Kann Film Festivalının Qısametrajlı filmlər müsabiqəsinə qəbul edilən 11 filmdən biridir. 4420 film arasından seçilən müsabiqə filmləri 10 ölkəni təmsil edir: Azərbaycan, Bolqarıstan, Braziliya, Çin, Fransa, Xorvatiya, Kanada, Kosovo, Litva, Protuqaliya və ABŞ.

Qeyd edək ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə 2014-cü ildə “Sonuncu” adlı qısametrajlı filmlə (rejissor Sergey Pikalov) Kann kinofestivalında iştirak etmişik. Bu, bizim ikinci iştirakımızdır.

“Sanki yoxsan” filminin əsas qəhrəmanı Leyladır.

Samir və Leyla ailələrindəki ixtilafdan qaçmaq qərarına gəldikdə, Samir səhəri gün yoxa çıxır. Leylanın axtarışı onu tələyə salır, onun müəmmalı şəkildə yoxa çıxması ilə barışır, özü də sirrin bir hissəsinə çevrilir.

İstehsal ili: 2024

İstehsalçı: Azərbaycan, Fransa

Müddət: 15 dəqiqə

Rejissor: Azər Quliyev

Ssenari müəllifləri: Azər Quliyev, Nicat Muxtarov

Operator: Konstantinos Koukoulios

Rəssam: Quram Navrizaşvili

Rollarda: Milana Həsənova

Montajçılar: Nikolas Milteau, Mosmanue

Geyim rəssamı: Fidan Əbilova

Rəng korreksiyası: Dimitris Karteris

Səs rejissorları: Sənan Güləhmədzadə, Tomas Robert, Laure Arto

İcraçı prodüser: Mehman Fətullayev

Koprodüser: Əli-Səttar Quliyev

Prodüser: Sebastien Hussenot

Builki festivalın mükafatlandırma mərasimi 25 may tarixində keçiriləcək. Yaradıcı heyətə uğur diləyirik!



"Kinoinfo"

# 2155 dəfə oxunub

Oxşar xəbərlər

WUF13 çərçivəsində Naxçıvan haqqında sənədli filmin təqdimatı oldu

WUF13 çərçivəsində Naxçıvan haqqında sənədli filmin təqdimatı oldu

14:44 21 may 2026
Əfsanəvi rok ulduzunun yeni filminin adı açıqlandı

Əfsanəvi rok ulduzunun yeni filminin adı açıqlandı

14:01 21 may 2026
“Yağışdan sonrakı əks-sədalar”  qısametrajlı filminin nümayişi oldu

“Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi oldu

17:00 20 may 2026
"Haysiyet"in baş rolları açıqlandı

"Haysiyet"in baş rolları açıqlandı

16:42 20 may 2026
Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

15:00 20 may 2026
“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

13:30 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər