“FOKUS” analitik kino-jurnalının 11-ci nömrəsi çapdan çıxdı

“FOKUS” analitik kino-jurnalının 11-ci nömrəsi çapdan çıxdı
6 oktyabr 2022
# 18:40

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə və təşkilatı dəstəyilə nəşr olunan, kino peşəkarlarının və kino həvəskarlarının maraqla izlədiyi “Fokus” analitik kino jurnalı 11-ci nömrəsilə oxucularının görüşünə gəlib.

Kulis.az xəbər verir ki, yeni müəlliflər də cəlb etmək, yeni kinoşünaslar nəsli yetişdirmək əzmində olan jurnalın 11-ci nömrəsində Rəhman Bədəlov, Nadir Bədəlov, Aygün Aslanlı, Sevda Sultanova, Hacı Səfərov Elxan Xanəlizadə, Aliyə Dadaşova ilə yanaşı, tanınmış imzalardan Qismət Rüstəmov, Elçin Şamili və Teymur Daimi kimi müəlliflərin məqalələri də yer alıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, “Fokus” analitik kino jurnalının baş redaktoru, rejissor Əli İsa Cabbarov jurnalın “Ön söz”ündə qeyd edir ki, kinomuzdakı prosesləri müşahidə edəndə və ya filmlərin estetik keyfiyyətini analiz edəndə zəka qıtlığı hiss edirsən: “Ədəbi nəsrimiz və kinomuz, ssenari və istehsal, özəl film şirkətləri və dövlət sifarişi münasibətləri daha effektiv qurularsa, bu da zəka göstəricisi sayıla bilər. Post-İbrahimbəyov dövrü bu zəka qıtlığını aradan qaldıra biləcəkmi? “Nəsrimiz və kinomuz” mövzusu da cari nömrənin fokusundadır. Belə ki, şair, esseist Qismət Rüstəmov İsi Məlikzadənin irsi, kinoşünas Hacı Səfərov isə Yusif Səmədoğlunun “Qətl günü” romanının ekranlaşdırılması nümunəsində mövzunu araşdırır.

Qeyd edək ki, Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” analitik kino jurnalının ilk nömrəsi 2008-ci ildə işıq üzü görüb.

aki.az

# 2900 dəfə oxunub

Oxşar xəbərlər

Cudi Denç “Pişiklər” filmini tənqid etdi:  “İstedadın və etimadın israfı”

Cudi Denç “Pişiklər” filmini tənqid etdi: “İstedadın və etimadın israfı”

12:40 22 oktyabr 2026
“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

11:00 22 oktyabr 2026
"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

17:00 21 oktyabr 2026
"The Wicker Man" filminin pərdəarxası

"The Wicker Man" filminin pərdəarxası

15:00 21 oktyabr 2026
Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

15:00 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər