Azərbaycan Prodüserlər Gildiyası dünyanın nüfuzlu kino təşkilatına üzv qəbul edildi

Azərbaycan Prodüserlər Gildiyası  dünyanın nüfuzlu kino təşkilatına üzv qəbul edildi
11 dekabr 2025
# 16:08

Azərbaycan Prodüserlər Gildiyası (APG) rəsmi olaraq dünyanın ən nüfuzlu kino təşkilatlarından biri olan FİAPF-a (Beynəlxalq Kino Prodüserləri Assossasiyaları Federasiyası) tamhüquqlu üzv qəbul edilib.

Kulis.az xəbər verir ki, üzvlük 1 yanvar 2026-cı il tarixindən rəsmi şəkildə aktiv olacaq.

Azərbaycan Prodüserlər Gildiyasının FİAPF-a qoşulması Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanınması və mövqeyinin güclənməsi istiqamətində atılan strateji bir addımdır.

Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov bu barədə danışıb:

"FİAPF-a üzvlük Azərbaycan prodüserlərinin işini beynəlxalq standartlara uyğunlaşdırmaq və onları qlobal kino bazarına inteqrasiya etmək üçün geniş imkanlar açır. Bu, həm prodüserlərin hüquqlarının daha etibarlı qorunması, həm də yerli kino layihələrinə xarici investisiyaların cəlb edilməsi, beynəlxalq koprodüksiya layihələrində iştirakın artırılması baxımından tarixi əhəmiyyətə malikdir. Azərbaycan kinosu artıq dünyanın aparıcı kino ölkələri ilə bir platformada təmsil olunur."

Azərbaycan Prodüserlər Gildiyası bu yeni statusdan istifadə edərək aşağıdakı istiqamətlərdə fəaliyyətini gücləndirməyi planlaşdırır:

Müəllif, prodüser hüquqları və kino istehsalı ilə bağlı beynəlxalq qanunvericilik sahəsində təkmilləşdirmələrə nail olmaq.

FİAPF şəbəkəsi vasitəsilə Azərbaycan kinosunu xarici prodüserlərə, distribyutorlara və investorlara daha fəal şəkildə tanıtmaq.

Azərbaycan Prodüserlər Gildiyası Azərbaycanın aparıcı kino və televiziya prodüserlərini özündə birləşdirən İctimai Birlikdir. Təşkilatın əsas məqsədi üzvlərinin hüquqlarını qorumaq və maraqlarını müdafiə etmək, yerli audio-vizual sənayenin inkişafına dəstək vermək, audivizaul sahədə beynəlxalq əməkdaşlığı təşviq etməkdir.

FİAPF haqqında:

FİAPF 1933-cü ildə təsis olunub. Hazırda 31 ölkədən 38 üzv təşkilatı təmsil edən qeyri-kommersiya təşkilatıdır. Təşkilat kinoprodüserlərin maraqlarını qoruyur, beynəlxalq kino festivallarını akkreditasiya edir (məsələn, Kann, Berlin, Venesiya və s.) və kino sənayesində etik və peşəkar standartları müəyyənləşdirir.

# 1652 dəfə oxunub

Oxşar xəbərlər

"Harri Potter" serialının yeni treyleri - Video

"Harri Potter" serialının yeni treyleri - Video

18:00 4 sentyabr 2026
“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olundu

“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olundu

12:16 4 sentyabr 2026
Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

11:50 4 sentyabr 2026
Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

10:20 4 sentyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

17:40 3 sentyabr 2026
"Spider-Man: Brand New Day" "Titanik"i geridə qoydu

"Spider-Man: Brand New Day" "Titanik"i geridə qoydu

12:20 3 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər