Litvalı rejissor Qarabağdan film çəkəcək

Litvalı rejissor Qarabağdan film çəkəcək
13 iyul 2021
# 11:05

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva litvalı jurnalist Riçards Lapaitislə və çəkiliş qrupu ilə görüş keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb, özünün birbaşa şahidi və iştirakçısı olduğu Birinci Qarabağ müharibəsini və qanlı soyqırımı aktını işıqlandıran “Sonsuz dəhliz” sənədli filmi müzakirə olunub.

Hərbi jurnalist Richards Lapaitis filmin çəkilişi zamanı Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşdüyünü, yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinlədiyini, eyni zamanda, bu film vasitəsilə erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırdığını bildirib.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən yeni sənədli filmin çəkilişləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonağa müharibə dövründə və müharibədən sonra Ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət, aparılan faktaraşdırıcı missiyalar barədə geniş məlumat verilib və gələcək birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Yekunda qonaq Səbinə Əliyevaya səmimi qəbula görə təşəkkürünü bildirib.

# 2484 dəfə oxunub

Oxşar xəbərlər

Tokio Film Festivalı başladı

Tokio Film Festivalı başladı

12:00 27 oktyabr 2026
“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

10:40 27 oktyabr 2026
"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər