İtaliyada keçirilən üçüncü Azərbaycan Film Festivalı başa çatdı

İtaliyada keçirilən üçüncü Azərbaycan Film Festivalı  başa çatdı
31 may 2021
# 15:51

Roma şəhərinin “Villa Borghese” parkındakı məşhur "Casa del Cinema" kino evində mayın 27-dən başlayan İtaliyada üçüncü Azərbaycan Film Festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi, Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema” Kino Evi, “Zetema”, "Villa Borghese parkı", “RAI Cinema”, "01 Distribution Rai Cinema SpA" kimi qurumların təşkilatçılığı ilə keçirilən və media tərəfdaşları İtaliyanın “Askanews” xəbər agentliyi, "Agenzia Nova" xəbər agentliyi, "InsideOver" analitik portalı, “AzerbaijanNews” xəbər portalı, AZƏRTAC və AzTV olan İtaliyada Üçüncü Azərbaycan Kino Festivalı Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə reallaşıb.

Üç gün davam edən festivalın açılışında Arzu Əliyevanın baş prodüseri olduğu, Bakı Media Mərkəzi tərəfindən lentə alınmış, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salan və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirən “Son iclas” sənədli-bədii filmi, festivalın ikinci günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi, üçüncü günü isə "Qırmızı bağ", "Axınla aşağı" və "Təhminə" bədii filmləri nümayiş etdirilib.

İtaliyada COVID-19 ilə bağlı qüvvədə olan sanitar-epidemioloji qaydalara uyğun şəkildə təşkil olunmuş festival 2017 və 2019-cu illərdə müvafiq olaraq birinci və ikinci buraxılışlarında olduğu kimi bu dəfə də italyan tamaşaçılarının böyük marağına səbəb olub. İtaliya mətbuatı da istər festivaldan əvvəl, istərsə də festival günlərində tədbirə geniş diqqət ayırıb. Belə ki, festivalla bağlı "Il Messaggero", "Askanews", "Il Sole 24 Ore", "Il Tempo", "Affari Italiani", "Libero Quotidiano", "Notizie Tiscali", "Notize Yahoo", "InsideOver", "Kmetro0", "Agenzia Nova", "Nova News", "Rete Sole", "Il Giornale d'Italia", "Quotidiano", "Today", "Giornale Diplomatico", "Positano News", "Timgate", "Finance Yahoo", "The world news", "Vistosulweb", "Sports Yahoo", "MSN", "Style Yahoo", "Italy24News" və sair kimi kütləvi informasiya vasitələrində, "Casa del Cinema", "Turismo Roma", "Culture Roma" kimi Romanın mədəni həyatını əks etdirən portallarda, eləcə də kino sektorundan yazan bloqlarda festivalla bağlı 40-dan çox məqalə, yazı və videoreportaj yayılıb.

# 3111 dəfə oxunub

Oxşar xəbərlər

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

18:00 3 avqust 2026
"Warner Bros." şirkəti "Barbie" filminin davamı üçün Qoslinqə 20 milyon dollar ödəyəcək?

"Warner Bros." şirkəti "Barbie" filminin davamı üçün Qoslinqə 20 milyon dollar ödəyəcək?

16:50 3 avqust 2026
Məşhur aktrisa Özge Gürel "44" filminin baş rolunda

Məşhur aktrisa Özge Gürel "44" filminin baş rolunda

10:46 3 avqust 2026
Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

10:30 3 avqust 2026
2 avqust Azərbaycan Kinosu Günüdür

2 avqust Azərbaycan Kinosu Günüdür

11:30 2 avqust 2026
Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər