Rüfət Həsənovun "Daxili ada", Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmləri "East West. Golden arch" ( Şərq-Qərb. Qızıl tağ) kino mükafatının uzun siyahısına daxil edilib.
Kulis.az xəbər verir ki, Rüstəm İbrahimbəyovun sədrliyi ilə fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqları Konfederasiyası tərəfindən təsis edilmiş mükafatın siyahısına H.Baydarovun daha bir filmi də daxil edilib. Bu, "Beynimdəki mismarlar" sənədli filmidir.
Xatırladaq ki, mükafat uğrunda 39 ölkədən 65 film mübarizə aparacaq.