Amerikada əsir azərbaycanlılarla bağlı film hazırlandı - Video

Amerikada əsir azərbaycanlılarla bağlı film hazırlandı - Video
30 avqust 2021
# 11:39

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlılara dair ingilis dilində qısa film hazırlayıb.

Filmdə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. İşğal və etnik təmizləmə zamanı Ermənistan qoşunlarının Azərbaycan kəndlərini tez-tez mühasirəyə aldığı, çoxlu sayda mülki azərbaycanlını qətlə yetirdiyi və qalanlarını da girov götürdüyü vurğulanır. Bu səpkidə 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı Kaliforniyadan olan erməni terrorçusu Monte Melkonyanın başçılıq etdiyi dəstənin kəndlərimizdən birini mühasirəyə almasını əks etdirən videokadrlar nümayiş etdirilir.

Filmdə əsir və girov götürülən azərbaycanlıların dəhşətli işgəncələrə məruz qaldıqları bildirilərək, işğal dövründə bir çox azərbaycanlıların saxlanıldığı Şuşa həbsxanasının tükürpədici şəkilləri göstərilir. Həmin dövrdə 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onlardan 326-sı yaşlı, 267-si qadın və 71-i uşaq olmaqla 719 nəfərin mülki şəxs olduğu diqqətə çatdırılır. İndiyədək həmin şəxslərin taleyi haqda heç bir məlumatın olmadığı filmdə qeyd olunur.

Bu səpkidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən 1993-cü ildə Xankəndidə çəkilmiş, azərbaycanlı uşaq, qadın və yaşlı girovların nadir şəkilləri nümayiş etdirilir.

Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etdikdən sonra Kəlbəcərdə 1993-cü ildə ermənilər tərəfindən qətlə yetirilmiş mülki azərbaycanlıların kütləvi məzarlığının aşkar edilməsinə diqqət çəkilərək, digər öldürülmüş əsir və girovların qalıqlarının axtarışının davam etdirildiyi qeyd olunur.

Sonda mülki şəxslərin girov götürülməsi və öldürülməsinin ağır hərbi cinayət olduğu vurğulanaraq, itkin düşmüş 4 minə yaxın mülki vətəndaşımızın və hərbçimizin taleyi haqda Ermənistanın hər hansı məlumat verməkdən imtina etməsi diqqətə çatdırılır.

BMT-nin digər rəsmi dillərinə (ərəb, çin, fransız, ispan və rus) də tərcümə olunan film 30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü çərçivəsində sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los-Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 26 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

# 2306 dəfə oxunub

Oxşar xəbərlər

"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

12:00 23 fevral 2026
Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

10:30 20 fevral 2026
"Yuva"  filmi yenidən nümayiş olunacaq

"Yuva" filmi yenidən nümayiş olunacaq

15:40 19 fevral 2026
Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

15:04 19 fevral 2026
“Məsumiyyət muzeyi”  yenidən gündəmdə

“Məsumiyyət muzeyi” yenidən gündəmdə

10:25 17 fevral 2026
"Xaç atası"nın aktyoru vəfat etdi

"Xaç atası"nın aktyoru vəfat etdi

10:08 17 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər