Meqan Foksu filmdən qovdular

Meqan Foksu filmdən qovdular
21 iyun 2011
# 11:55
Aktrisanın filmdəki rolunun əlindən alınmasına səbəb müsahibəsində filmin rejissoru Maykl Beyi “əsl Adolf Hitler” adlandırması olub. Müsahibədən sonra əslən yəhudi olan filmin prodüseri Stiven Spilberq rejissor Beyə: “Onu elə indi qovun” deyə göstəriş verib.

“Tranformerlər” filmində Foks əsas rolu ifa edən Şaya Lavafın rəfiqəsini oynayırdı. Artıq həmin rolu ifa etmək üçün başqa aktrisa da seçilib. Bu böyük kinoda debüt edəcək model Rouzi Hantinqton-Uaytlidir.

Əvvəllər model olmuş Foks filmdən qovulduğunu qəbul etmir və özü getdiyini bildirib.

Dəfələrlə ilin ən seksual qadını seçilən Foksun da debütu “Tranformelər” filmi ilə olub. Bu filmdən sonra aktrisaya bir çox filmlərdə oynamaq təklifi gəlib. Ancaq onun aktyor həmkarları: “Onun filmlərə o qədər də marağı yox idi. Maykl (Bey) bu qıza hər bir gənc aktrisanın istəyəcəyi şansı vermişdi” deyə rəy bildiriblər.

May ayında keçirilən Kann Film Festivalında rejissor Lars Von Triyer də nasist fikirlərinə görə qovulmuşdu.

Günel Əsgərzadə
# 1869 dəfə oxunub

Oxşar xəbərlər

Rejissor məşhur serialın bitdiyini açıqladı

Rejissor məşhur serialın bitdiyini açıqladı

16:00 2 iyun 2026
ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başladı

ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başladı

17:37 1 iyun 2026
"A Minecraft Movie" filminin davamı çəkiləcək

"A Minecraft Movie" filminin davamı çəkiləcək

13:00 1 iyun 2026
"F1" filminin davamı nə vaxt çəkiləcək?

"F1" filminin davamı nə vaxt çəkiləcək?

12:15 29 may 2026
Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

11:05 29 may 2026
Şerlok Holmsun qatı düşməni qayıdır - Moriyartini kim oynayacaq?

Şerlok Holmsun qatı düşməni qayıdır - Moriyartini kim oynayacaq?

10:40 29 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər