Toz basmış boz teatr

Toz basmış boz teatr
6 aprel 2011
# 15:02
Ramilə Qurbanlı yazır

LAYİHƏ: PREMYERA

Musiqili Komediya Teatrının Sərvəri operamızın Koroğlusu oldu

O, həm yaşca, həm də boyca ən balaca Koroğludur

Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Koroğlu” operasının premyerası oldu. Əslində bu opera yeni quruluşda 2003-cü ildə səhnəyə qoyulub. Bu illər ərzində operanın əsas partiyasını Həsən Ənami, Ülvi Qılıc, Samir Cəfərov kimi vokalistlər oynayıblar. Tamaşanı premyera statusuna çatdıran isə gənc vokalist Ramil Qasımovdur.
İfaçı uzun illər Musiqili Komediya Teatrında çalışmış vokal ustası Mobil Əhmədovun həm tələbəsidir, həm də qohumu.”.

Koroğlu obrazı Ramil Qasımovun Opera və Balet Teatrının səhnəsində həm premyerasıdır, həm də debütü. Bu vaxta qədər 11 il Musiqili Komediya Teatrının səhnəsində müxtəlif obrazlar yaradıb. “Arşın mal alan”da Sərvər obrazı ilə Musiqili Komediya Teatrının tarixinə ən gənc Sərvər kimi düşüb. İndi də Opera və Balet Teatrının ən gənc Koroğlusudur. Tamaşanın pərdəarası onu gəlib təbrik edənlər də köhnə iş yoldaşları, həmkarları idi. Novruz Qartal səsinin imkanlarına söz ola bilməz –dedi: “Mən elə bilirdim, səhnədə görünməyəcəksən, amma yox, yaxşı baxılırsan.”
Ramil Qasımov operada yeni quruluşdan sonra 4-cü, ümumiyyətlə “Koroğlu” operasının tarixində 7-ci Koroğludur. Onlara qədər operamızın səhnəsində Koroğlunu Bülbül və Lütfiyar İmanov oynayıblar.

Tamaşanın rejissoru, operanın is’ baş rejissoru Hafiz Quliyev deyir ki, ifaçılardan hər birinin öz yeri var, biz isə hələ axtarışdayıq: “İstədiyimiz bütün gənc, istedadlı vokalistləri teatra cəlb etməkdir ki, sonda onların arasından ən möhtəşəm Koroğlunu seçək ”.

Nigar rolunu isə Zemfira İsmayılova, Qərinə Kərimova və İlahə Əfəndiyeva oynayırlar.
Bu dəfə İlahə Əfəndiyeva ifa edirdi. Onun da Nigarı ilk obrazıdır. 8 ildir Nigardır və bu obraz ona düşərli olub, “Traviata”da , “Riqoletta” da əsas partiyaları ifa edib, amma dediyinə görə heç vaxt “Koroğlu” operasında olduğu qədər həyəcan keçirməyib: “Heyrətamiz, möhtəşəm operadır. Üzeyir bəyin musiqisinin sədaları altında həyəcanlanmamaq olmur. Özümdən əvvəlkilərdən Firəngiz Əhmədovaya qulaq asmışam, çox xoşuma gəlib, mən teatra gələndə bu rolu Qərinə Kərimova ifa edirdi ”.
Teatrın çoxdan təmirə ehtiyacı olan tamaşa zalı büsbütün dolmuşdu. Amfiteatrlarda da qələbəlik idi. Tamaşaçılar əsasən klassik musiqi dinləyicinlərindən , mədəniyyət adamlarından ibarət olsa da xarici ölkə səfirləri, millət vəkilləri də gözə dəyirdi.

Bir sözlə, Opera və Balet Teatrının tamaşaçıları sadə tamaşaçı kütləsi deyil, buna rəğmən o binanın təmiri niyə bu aydan o biri aya, bu ildən növbəti ilə keçirilir, bəlli deyil. Bəlli və göz önündə, hətta yaşantımız odur ki, tamaşa salonunda nə qədər təmizlik işi görülsə də bina köhnə və təmirsiz olduğundan toz öz işini görür.

Kütləvi səhnələrdə işıq zolağında səhnədən qalxan toz dumanı aydınca görünür. Tamaşaçını öskürək sindromuna salan o tozun binəva vokalist üçün yaratdığı çətinliyi təsəvvür etmək çətin deyil. Hərçənd tamaşanın birinci hissəsində o çətinlik o qədər də özünü büruzə vermədi, amma ikinci hissədə əsas partiyaları ifa edərkən hiss olunurdu.

Bu barədə yetər, keçək operanın əsas sütunlarından olan simfonik orkestrin fəaliyyətinə. Orkestr “Koroğlu” operası üçün əsasən skripka və kontrabasdan ibarətdir. Künc tərəfdə iki zərb alətləri ifaçıları əyləşir. Tamaşa boyu onlardan birinin həm öz işinin peşəkarı, həm də peşəkar tamaşaçı olması diqqətimdən yayınmadı. Hərdən mobil telefonunda saata baxan usta notu nəzərdən keçirmədən belə bir əllə öz işini məqamında görürdü, yəni toppuzu barabana çırpırdı.

Onun tamaşa boyu işi ara-bərə yalnız bundan ibarət oldu. Qalan vaxt əlini qoynuna qoyub diqqətlə tamaşanı seyr edirdi. Milliyyətcə rus olan, Nikolay adlı bu ifaçı dediyinə görə saysız Koroğlunun şahidi olub, amma hansının daha ürəyincə olduğunu deməyi etikadan kənar bildi.
Bu minvalla Opera və Balet Teatrında daha bir Koroğlu doğuldu. Bu hələ onlardan biridir, səs imkanları geniş, amma bir qədər balaca Koroğlu.
# 3035 dəfə oxunub

Oxşar xəbərlər

"Kıskanmak"da növbəti ayrılıq

"Kıskanmak"da növbəti ayrılıq

13:20 26 fevral 2026
Məşhur serial bu tarixdə bitəcək

Məşhur serial bu tarixdə bitəcək

18:00 25 fevral 2026
Giray Altınokdan yeni serial: "Gustav"

Giray Altınokdan yeni serial: "Gustav"

17:50 24 fevral 2026
Lili Kollinz Odri Hepbern  obrazını canlandıracaq

Lili Kollinz Odri Hepbern obrazını canlandıracaq

15:00 24 fevral 2026
"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

12:00 23 fevral 2026
Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

10:30 20 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər