Ruhəngiz Allahverdiyeva Aqşini necə əziyyətə saldı?
9 iyun 2011
10:45
Sevda Sultanova
Bizim teleməkanda belə aparıcı kateqoriyası var: aparıcısı olduğu proqram tok-şou olsa da, onu öz monoloquna çevirir.
Yəni bu tip aparıcılar bir saatlıq verilişin 40 dəqiqəsini özü danışır.
Dəvət etdiyi qonaqlara verdiyi sualları elə özü cavablandırır.
Müsahibini axıra kimi dinləmir, sözünü yarımçıq kəsərək gərəkli saydığı düşüncələrini yürüdür, proqrama hər hansı mövzu ilə bağlı mütəxəssis dəvət etməsinə rəğmən, bildi-bilmədi analizləri də özü edir.
Monoloq-proqramların ənənəsinin görkəmli nümayəndələri Nərgiz Cəlilova, Sevil Nuriyeva, İlhamiyyə Rzayevadır.
Çox əvvəllər də adını çəkdiyim aparıcılar haqda yazmışdım.
Hər dəfə də onlar bəlli olmayan səbəbdən tənqidlərimi qərəz kimi qəbul ediblər.
Qərəz adətən şəxsi münasibət zəminində qaynaqlanır.
Mənimsə onlarla şəxsi münasibətim olmadığından deyilənlərin əsası yoxdur.
Üstəlik, sonralar müxtəlif qəzetlərdə, sosial şəbəkələrdə, müəyyən dairələrdə həmin aparıclar haqda daha kəskin səslənən fikirlər mənim heç də subyektiv və ya irrasional mövqedən yanaşmadığmı təsdiqlədi.
Yeri gəlmişkən, “Bu şəhərdə”nin konsertlərindən birində N.Cəlilovanın aparıcı-obrazı məhz bu aspektdən traktovka edilmişdi.
Yazım onların ənənələrini uğurla davam etdirən “Sabiranə” proqramının aparıcılarından biri Rövşanə Bektaşi haqdadır.
R. Bektaşi ilk addımlarını Space-in səhər proqramında aparıcı kimi atıb. İnsafən heç də pis başlanğıc deyildi.
Sonra Space də olan məlum dəyişiklik
zamanı o da çoxu kimi kanalı tərk etdi. Və ANS-ə pənah apardı.
Nəsə, sözü uzatmadan mətləbə keçək.
Əvvəla deyim ki, “Sabiranə” proqramında qocaman diktor Sabir Ələsgərovun funksiyasının nədən ibarət olduğu bəlli deyil.
Sovet diktorluq məktəbinin komplekslərini yenə bilməyən, bir aparıcı kimi varlığı duyulmayan S.Ələsgərov proqramda artıq adam kimi görünür.
Onun statik obrazının hansı funksiya daşımasını yəqin ki, ANS-in rəhbərliyindən başqa kimsə bilmir.
Qısası R.Bektaşi-S. Ələsgərov tandemi uğursuzdur.
R.Bektaşi isə S.Ələsgərovun tam əksidir.
O, verilişdə tam hegemonudur.
R.Bektaşi proqram boyu özü danışır, başqalarına ağzını açmağa imkan vermir. İmkan verəndə də sözünü tələsik kəsib həmin an beyninə gələn fikirləri sırımağa çalışır.
“Sabiranə”nin son buraxılışlarından birində müzakirə edilən mövzu
Facebookda da diqqəti çəkdi.
Müasir ədəbiyyatı, oxucu-kitab münasibətlərini diqqətə çəkən mövzunu nəzərdə tuturam.
Proqramda iki tərəfin qarşıdurması üzərində qurulmuşdu: Rasim Qaraca- Aqşin və Nigar Köçərli-Elxan Qaraqan.
R. Bektaşi Elxan Qaraqana açıq-aydn tərəfkeşlik elədi.
Özünü aparıcı kimi yox, gənc yazarın vəkili kimi apardı.
Hətta sərhədləri o qədər aşdı ki, təmkinli adam kimi tanıdğımız R.Qaracanın da dözümlülük limiti tükəndi. O, dilə gəlib aparıcıya tərəfkeşliyinə görə irad tutdu.
Biçarə Aqşin dodağını dəbərdib iki kəlmə demək istəyən kimi R.Bektaşi hirsindən elə bil vulkan püskürürdü. Bir necə dəfə saymazyana onun sözünü ağzında qoyub birbaşa telefon bağlantısında olan Rəşad Məcidə söz verdi.
Məntiqə görə Qaraqanı müdafiə edən N.Köçərli olmalı idi. Nigar xanım isə əksinə radikal tənqidlərə baxmayaraq, tolerantlıq, təmkin və dinləmək mədəniyyəti göstərdi.
Ən gülməlisi isə mövzuya heç bir aidiyyatı olmayan müğənni Ruhəngiz Allahverdiyevanın proqrama dəvəti, oxuması idi.
Hətta nəzərimdən R.Allahverdiyevanın ifası zamanı Aqşinin əziyyət, sanki xəcalət çəkməsi də yayınmadı.
Təsüvvür edin ki, ciddi mövzu müzakirə edilir və birdən məsələyə dəxli olmadan hansısa müğənni çıxıb mahnı ifa edir.
Necə deyərlər, “Absurdistan”.
R. Bektaşi polemik verilişləri aparmağa hazır deyil, tərəfsizlik nümayiş etdirmir, müsahiblərinə fikirlərini ifadəsi üçün şərait yaratmır, danışmaq əvəzinə az qala qışqırır, öz həqiqətinə iddia edir, aqressiv və emosionaldır.
Adətən monoloqu sevən aparıcılar – peşələrində özünü realizə edə bilməyən, yaradıcılıq imkanları məhdud, bu yolla da eqosunu təsdiq etmək istəyən, özünü cəmiyyətə intellektul, vacib fərd kimi sırımaq istəyən, ictimai diqqətə ehtiyacı olanlardır.
Amma onların gərəksiz iddialarının tamaşaçıya nə dəxli?

2501 dəfə oxunub
Oxşar xəbərlər
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək
16:25
11 dekabr 2024