Ülviyyə Könül vəkil axtarır - PREMYERA

Ülviyyə Könül vəkil axtarır - PREMYERA
26 may 2011
# 12:18
Ramilə QURBANLI

Ülviyyə Könülün sınaq işi olan “Vəkil hanı?” filmin premyerası keçirildi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini gənc rejissorlara göstərdiyi etimad çərçivəsində “Sınaqfilmdə” çəkilib ərsəyə gələn bu film Azərbaycan kinokomediyasında bir davamdır. Yəni demək olmaz ki, istər ssenari, istər rejissor işində bir yenilik olub. Film klassik komediyaya söykənir. Sevindirici odur ki, bu komediya özündə bir çox film çəkənlərin düşündüyü kimi şit, bayağı hərəkətləri ehtiva etmir. Əksinə, çox təbii və maraqlı cizgilərlə gülüş yaradır.

Film gündəlik həyatımızla başlayır. Bir vəkil səhər tezdən saatın zənginə yuxudan oyanır, radioda hava məlumatı, yollardakı tıxaclardan danışan aparıcının səsinin müşayəti ilə yuyunub, hazırlaşıb evdən çıxır. Həmin radio səs onu maşında da müşayiət edir. Aparıcı tıxacdan danışır, Nəqliyyat Nazirliyinin məsul şəxsi canlı efirə qoşulub deyir ki, körpülərin sayəsində, düzgün yol qovşağı yaratdığımız üçün tıxaclar aradan götürülüb, daha yollarımızda tıxaca rast gəlinmir. Vəkil də bu dəmdə tıxaca düşüb məhkəmə prosesinə gecikir. Həmkarı Nigar xanıma zəng edib prosesdə onu əvəz etməsini xahiş edir. Növbəti dəfə Nigar xanım təcili xəstəxanaya düşür. Rəşad adlı həmin vəkil onu prosesdə əvəz etməli olur. Bütün proseslərə gecikən vəkil yenə gecikdiyindən məhkəmə salonunu səhv salır və nəticədə nər kimi bir “bakılı qədeş”in məhkəməsində oriyentasiyasını dəyişmiş cinayətkarı müdafiə edir. Aləm bir-birinə qarışır, bakılı qədeş məhbəsin “lyks” kamerasında oturub vəkilin fərmanını verir.

Hadisələr o qədər dinamik dəyişir və qarışır ki, tamaşaçı arada komik situasiyala gülməyi sonradan xatırlayır. Yəni bir anlıq qeyri-adi gülüş onu həmin dinamikadan ayırır. Sonra dərhal yenə vəziyyətin içinə daxil olursan.

Sonrasını danışmayacam, yoxsa maraqsız olar. Onu deyə bilərəm ki, bu gərgin gedişin süjet xəttində bir məhəbbət xətti də var ki, hadisələri daha cəlbedici edir.

Rəşad ölümdən qurtulmaq və prosesi udmaq üçün qadın cildinə girməli olur. Onu qadın simasına salan qrim ustasının işi çox peşəkar olduğundan alqışlarla qarşılanır. Qrim və geyimdən söz düşmüşkən, məhkumun sevgilisini oynayan Naina İbrahimovanın geyimi isə heç filmlik deyildi. Aktrisa elə bil model rolunda oynayırdı, ya da çəkilişdən sonar birbaşa podiuma çıxacaqdı.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyevdir.
Baş rolu-vəkil Rəşadı oyanayan Bəhruz Vaqifoğlu əsil tapıntıdır. Kino üçün yaranıb, hərçənd onu Pantomima Teatrının səhnəsində də uğurlu rollarda görmüşük.

Milli Dram Teatrının səhnəsində hələ heç bir uğura imza atmayan Rövşən Kərimduxt da bu filmdə görünürdü.

Operatoru Rafiq Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Rəşad Haşımovdur.

Rejissor Ülviyyə Könül, köməkçiləri Sənubər İsgəndərli və Ənvər Həsənovdur.

Rollarda sadaladığım aktyorlardan başqa, Toğrul Rza, Səidə Quliyeva, Qorxmaz Əlili, Bəhram Bağırzadə, Fuad Osmanov və başqaları çəkiliblər.
# 2555 dəfə oxunub

Oxşar xəbərlər

55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

17:00 30 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
“Oskar”dan süni intellektlə bağlı mesaj -  İnsan yaradıcılığı əsas olaraq qalacaq

“Oskar”dan süni intellektlə bağlı mesaj - İnsan yaradıcılığı əsas olaraq qalacaq

18:40 29 oktyabr 2026
“Minions & Monsters”  ekranlara qayıtdı

“Minions & Monsters” ekranlara qayıtdı

18:00 29 oktyabr 2026
Liv Şrayber və Stiven Qrem yeni serialda

Liv Şrayber və Stiven Qrem yeni serialda

15:30 29 oktyabr 2026
Hollivudun klassik "kino qalası"  təhlükə altındadır? - “TCM”in gələcəyi sual doğurur

Hollivudun klassik "kino qalası" təhlükə altındadır? - “TCM”in gələcəyi sual doğurur

11:40 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər