Hollivud mükafatlı “Sahə” filmi Bakıda göstəriləcək - AFİŞA

Hollivud mükafatlı “Sahə” filmi  Bakıda göstəriləcək - AFİŞA
18 may 2011
# 10:35
Mayın 19 və 20-də “Park Cinema” kinoteatrında “Sahə” bədii filmi nümayiş olunacaq. “Sahə” bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahəti haqqındadır. Film “Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalı olub, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və PaşaBank-ın iştirakı ilə ərsəyə gətirilib.

Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa etmişlər. Ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov; bədii rəhbər Cəmil Quliyev; filmin prodüseri Nəriman Məmmədovdur.

Xatırladaq ki, 2010-cu ildə “Sahə” “Xarici dildə ən yaxşı film” kateqoriyasında 83-cü illik Oskar mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürülüb. Əsas rollardan birinin ifaçısı olan Timur Oduşev Hollivudun Gənc İstedadlar Mükafatının (Hollywood Young Artists Award) 32-ci təqdimetmə mərasimində “Best Performance in an International Feature Film” nominasiyasında mükafat alıb.
# 2901 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər