Gənc Tamaşaçılar Teatrında yeni tamaşa

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa
3 may 2011
# 16:39
Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər» pyesi əsasında eyniadlı yeni tamaşa üzərində yaradıcılıq prosesinə başlanmışdır.

Kulis.az teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən əsər hələ 2002-ci ildə teatrın rus bölməsinin aktyorlarının ifasında hazırlanmış və geniş tamaşaçı marağına səbəb olmuşdur. Kollektiv bu tamaşa ilə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində uğurla çıxış edərək, rusiya teatr mütəxəssislərini və tamaşaçılarını heyrətləndirmişdir.

Hazırda teatrın quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədov «Məhv olmuş gündəliklər» pyesini azərbaycan dilində yeni versiyası üzərində məşqlər aparır. Tamaşanın tərtibatı da rejissorun özünə məxsusdur. Bundan başqa, tamaşanın musiqi tərtibatı Mixail Simanovskiyə, rəqslərin quruluşu Nicat Kazımova məxsusdur. Rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur.

Yeni səhnə əsərində əsas rolları əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Hüseynov, Nicat Kazımov, Elnur Kərimov, Günel Məmmədova, Şəbnəm Hüseynova, Elşən Rüstəmov, Sərvər Əliyev, Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Şirəliyev, Manaf Dadaşov, Asya Atakişiyeva, Nigar Məmmədova, Roza İbadova, Anar Seyfullayev ifa edəcəklər.

Tamaşanın premyerası yeni - 84-cü teatr mövsümünün ilk günlərində – sentyabr ayının 20-də nəzərdə tutulmuşdur.
# 2632 dəfə oxunub

Oxşar xəbərlər

Tom Kruz və İnyarritunun "Digger" filmi  kino tarixinin ən böyük maliyyə iflaslarından birinə çevrilir

Tom Kruz və İnyarritunun "Digger" filmi kino tarixinin ən böyük maliyyə iflaslarından birinə çevrilir

17:30 15 oktyabr 2026
"44" bədii filminin xüsusi tizeri yayımlandı

"44" bədii filminin xüsusi tizeri yayımlandı

18:54 14 oktyabr 2026
“Narniya”nın ilk treyleri yayımlandı – Qreta Qerviqdən 280 milyon dollarlıq film

“Narniya”nın ilk treyleri yayımlandı – Qreta Qerviqdən 280 milyon dollarlıq film

18:00 14 oktyabr 2026
Avropa Film Mükafatlarına namizədlər bəlli olur:  68 film qısa siyahıya düşdü

Avropa Film Mükafatlarına namizədlər bəlli olur: 68 film qısa siyahıya düşdü

17:00 14 oktyabr 2026
Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

13:30 13 oktyabr 2026
İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

12:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər