İsrafil İsrafilov Bəhram Osmanovun cavabını verdi - MÖVQE

İsrafil İsrafilov Bəhram Osmanovun cavabını verdi - MÖVQE
29 aprel 2011
# 10:45
Bu günlərdə Milli Dram Teatrında teatrın direktoru İsrafil İsrafilov da daxil olmaqla yeddi nəfərdən ibarət Bədii Şura yaradılıb. Son vaxtlar Milli Dram teatrında görülən bütün işlər kimi bu da müxtəlif fikirlərin yaranmasına səbəb oldu.

Deyilənə görə İsrafil İsrafilov teatrda Bədii Şuranı qarşıda atılacaq addımlarda məsuliyyəti öz boynundan atmaq üçün yaratdı. Yəni, hansısa tamaşa qəbul olunmasa, yaxud aktyor işdən çıxarılsa bunun altında həmin şuranın üzvlərindən biri, teatrın direktoru İsrafil İsrafilovun məsuliyyəti dayanmasın.

Direktor Kulis.az-a bu barədə açıqlama verib: “Onu deyənlər nəyə əsaslanırlar, bilmirəm, isədikləri nədir onu da anlamıram. Bildiyim odur ki, Bədii Şura mənim yox, Mədəniyyət və Turizm nazirliyinin işidir. Özü də Bədii Şura 27 teatrın hamısında var, niyə burda olması ajiotaj yaradır, bəlli deyil. O artıq başqa söhbətin mövzusudur ki, bu gün ona ehtiyac varmı? Əgər bütün teatrlar yığışıb bu məsələyə baxılmasını tələb etsələr, onda da nazirlik baxıar. Hələ ki, necə bütün teatrlarda elə də bizim teatrda Bədii Şura olmalıdır.”

Milli Teatrın direktoru rejissor Bəhram Osmanovun APA-ya verdiyi müsahibədəki fikirlərinə də münasibət bildirdi: “Dedikləri qarşımdadır, deyir, guya mən teatra baş rejissor axtarıram, özü də rejissuradan uzaq olan adamlar arasında axtarır. Mən heç kimi axtarmıram, teatra baş rejissor lazım olub olmadığını Mədəniyyət və Turizm nazirliyi həll edir. Nazirlik lazım bilsə o işə kimisə göndərəcək, bilməsə yox. Hər iki halda mənim fikrim bir rol oynamır. Deyir ki, Azərbaycan rejissurasında adları olmayan adamlara tamaşa verir. Düz deyil, mən Nicat Kazımova tamaşa həvalə etmişəm. O, ötən il ən yaxşı rejissor işi nominasiyasında “Zirvə” mükafatı alıb. Mikayıl Mikayılov Novosibirskdə rejissor işləyir, ordan dəvət etmişəm. Kamran Şahmərdan Finlandiyadan dəvət olunub. Gümrah Ömər Gəncə teatrının baş rejissorudur. Adil İsgəndərov rejissor işləyəndə 28 yaşı vardı. O cümlədən Tofiq Kazımov.

Mən indi tamaşa həvalə etdiyim gənclər 40 yaşlarındadılar. İllərlə onların qarşısına sədd çəkilib. Açmışam qapıları onlar üçün, teatra yeni dalğa lazımdır, labüddür və o proses artıq qarşısı alınmazdır. Namiq Ağayev Kukla teatrında rejissor işləyirdi, iki il Türkiyədə təcrübədə olub. Bu gün türk əsərini “Qanlı Nigar”ı tamaşaya qoyur. Nə qədər Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov olar, onları da bəyənmirsən, Bəhram olar, qoyun yeniləri də gəlsin də, bunun nəyi pisdir. Yoxsa, özünə güvənsizlər qorxuya düşür deyə işləməyək? Mən Bəhramın istedadını şübhə altına almıram, dilim quruyar, amma ayıbdır e. Çağırdım ki, gəl tamaşalarını bərpa elə dedi küsmüşəm, müəllim, incimə gəlmək istəmirəm. Bəs, bu qarayaxmalar nədir. Mənim ona etdiyim yaxşılıqları vicdanın qarşısında unudubsa, özü bilər. Onun baş rejissor olmaq arzusu var, buna da təbii baxıram, amma yenə deyirəm mənim əlimdə deyil.”


Ramilə Qurbanlı
# 2230 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #