Gecələdiyi avtobusda ölüsü tapılan aktyor
22 oktyabr 2012
07:30
Azərbaycan kinosunda çox maraqlı bir aktyor olub-Kamil Məhərrəmov. İkicə rolunun adını çəkmək kifayətdir ki, tamaşaçısı onu xatırlasın. “Yol əhvalatı ” filmindəki Paşa, “Evlənmək istəyirəm”də Şamilin tapıb gətirdiyi tütək çalan-yetim Hüseyn. “Azərbaycanfilm” də bu iki film də daxil olmaqla 46 bədii filmə çəkilib. Üstəgəl “Mozalan” süjetləri. Bir kadr hamıya yaxşı tanışdır – Kamil Məhərrəmov uzunqulağın belində radio qucağında xarici musiqi dinləyə-dinləyə gedir.
Bir sözlə, bu aktyor epizodik və xarakterik obrazlar qəhrəmanı olub. Bizim kinomuzda belə xarakterik aktyorlar azdır - Fazil Salayev, Məmmədsadıq Nuriyev, Ağahüseyn Cavadov. Kamil Məhərrəmov da həmin məktəbin yetirməsidir. Xırda, amma xarakterik obrazlar oynayıb. Heç bir fəxri ad ona yaxın gəlməyib, çox da məşhurlaşmayıb, amma istedadı göz qabağındadır. Baş rolları oynamağı hər bir aktyor bacarır, tanınır, sevilir. Həm də istədiyi hər şeyi əldə edir - fəxri adlar, ev, maşın, bağ... Ən çətini xırda həcmli obrazla xarakter ortaya qoya bilməkdir. Bax bu, hər aktyora qismət olmur. Yalnız xüsusi istedadın olmalıdır ki, sözün deyə bilmədiyini mimikalarla, ifanla deyə biləsən. Nə yazıq ki, o, kasıblıqla, diqqətsizliklə, depressiya ilə “dost ” olur. Faciəvi şəkildə dünyasını dəyişir.
Uşaqlığı
Şamaxıda bir sadə ailənin üç uşağından biri idi Kamil. İki qardaş, bir bacı idilər. Hər üçü məktəbdə yaxşı oxuyur, məktəbdən sonra təsərrüfatda ata-analarına yardım edirdilər. Birgə əmək sərf etməsəydilər, onsuz da asan olmayan dolanışıq bir az da çətinləşərdi. Ata dərzi işləyirdi, yaxşı da dərzi idi. Nə yazıq ki, onların qazancı gözlərini açandan xəstə yatağında gördükləri analarının müalicəsinə gedərdi. Bu səbəbdən də Kamil hələ balaca ikən ailə Bakıya köçür. Köçür ki, həkimin, xəstəxananın bolluğunda ananın xəstəliyinə bir əlac tapılsın.
Bakıda böyüyür, yeniyetməlik yaşına çatır. Uşaqlıqdan sevdiyi məşğuliyyəti ilə məşğul olmaq üçün Lütfi Məmmədbəyovun teatr dərnəyinə yazılır. Hər gün dərsdən çıxıb dərnəyə gedir, özü oynamadığı tamaşaların belə məşqlərinə baxırdı. Bu uşağın hədsiz marağı Lütfi Məmmədbəyovun diqqətini çəkmiş, onun istedadlı olduğunu hiss etmişdi. Məsləhət görmüşdü ki, hökmən aktyor olsun. Kamil isə ailəsinə kömək etmək üçün tezliklə bir sənətə yiyələnib işləmək istəyirdi. Odur ki, Energetika texnikumuna qəbul olunmuşdu, amma aktyor olmaq, kinoya çəkilmək istəyi səngimirdi.
Axır ki, sənədlərini hazırlayıb o vaxtkı İncəsənət İnstitutuna verir. İmtahanlarından uğurla keçir və qəbul olunur. Ailədə bu sənətlə məşğul olan bir kimsə yox idi. Qardaşı neft sahəsi üzrə elmlər namizədi oldu, bacısı isə tibb bacısı idi.
İlk sevgi
Kamil Məhərrəmov institutu bitirən il Sumqayıtda teatr fəaliyyətə başlayır. Onları bütün heyətlə Sumqayıt teatrına göndərirlər. Bundan sonranı xanımı danışacaq. Mahirə xanım müəllimədir. Kamil Məhərrəmovla isə hələ uşaq ikən tanış olub:
“O, böyük idi, mən uşaq, 11-ci sinifdə oxuyurdum. Bakıda onların evlərinin pəncərəsi bizim məktəbin həyətinə baxırdı. Hər gün zəng vurulan kimi bir də görürdüm Kamil durub qarşımda. O qədər şən, gözəl insan idi ki, tez vuruldum ona, həm də gözüm-könlüm alışdı. Evləndik, onları Sumqayıta göndərəndə çox sevindim. Əvvəla ona görə ki, Sumqayıt sakit şəhər idi, getdik gəzdik, dənizkənarı bulvarı da çox xoşumuza gəldi. Həm də düşündüm ki, Bakıdakı “kruqundan” uzaqlaşdıraram onu. Bakıda oturub-durduğu insanlar onu içkiyə alışdırmışdılar, hər gün içirdi onlarla. Sumqayıta gedən kollektiv yaxşı idi, mən də onlarla dostlaşmışdım”.
Teatrda Kamil Məhərrəmovun yaxşı rolları vardı, artıq kinoya da çəkilirdi. Ailədə iki övladı dünyaya gəlmişdi. Tezliklə onlara Sumqayıtdan ev də verdilər. Amma nədənsə Kamil Məhərrəmov aludə olduğu içkidən ayrıla bilmirdi. Xanımı danışır ki, nə vaxt onu ayrılmaqla qorxudurdum, bir həftə içmirdi, sonra yenidən başlayırdı.
Kino və teatr taleyi
Rejissor Cahangir Mehdiyevin iki filmində xarakterik obrazlar yaradıb. Cahangir Mehdiyev deyir ki, çox gözəl aktyor idi, amma içməyinin dərdindən oynamalı olduğu rollar əlindən çıxırdı: “Mən onu çəkilişlərdən əvvəl bir neçə dəfə qaçmağa məcbur etmişəm ki, ayılsın, qaçıb, ləhləyə-ləhləyə üzümə baxıb, görmüşəm ki, özünə gəlib, kadrı çəkmişəm”.
Kinostudiyada hər gün çəkilişdə, dublyajda olurdu. Orda aldığını elə yerindəcə içkiyə verib “dostları” ilə bir küncə çəkilir, içir sonra da rejissorun qəzəbinə tuş gəlib qovulurdu. Bu vaxta qədər xəstə ana da dünyasını dəyişmişdi, atası da. Qardaşı ilə bacısı isə onu nə qədər dilə tuturdularsa xeyri olmurdu.
Mahirə xanım deyir: “Etiraf edim ki, bəzən qapını üzünə açmırdım ki, bəlkə bundan bir dərs götürə, özünə gələ, ata içkini. Heç nəyin xeyri olmadı. Ona qapını bağlayıb özüm səhərə qədər yatağımda ağladığım vaxtlar olub”.
Teatrda da rejissorlar artıq ona rol vermək istəmirdilər. Bəzən premyeraya içkili gəlib tamaşanı məhv eləyirdi. Aktyor həmkarları deyirlər ki, birdən elə üz-gözünü təraş edirdi, yuyunurdu, ayıq başla gəlirdi işinin başına. Həmkarları deyirmişlər ki, həmişə belə olsan nə olar. Heç nə demirmiş. Səhər görürdün yenə dağılıb tökülür.
Xanımı deyir ki, diqqətsizlik də ona yer eləyirdi: “Onunla birgə Sumqayıt teatrına gələnlərin hamısı fəxri ad almışdılar, ona vermirdilər. Kinoya da çəkilirdi, qonorarından razı qalmırdı ”.
Acı sonluq
Bir gün yenə o qədər içir ki, ayaq üstdə dura bilmir. Səhər evdən çıxanda da xanımı “ona içsən, evə gəlmə”, - deyibmiş.
1993-cü ilin soyuq oktyabrı idi. Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib, bəlkə də qəsdən oyanmayıb. Sürücü də avtobusun qapısını da açıq qoyub çıxır gedir evinə ki nə vaxt oyansa çıxa bilsin. Səhər gəlib görürlər ki, üzü üstə necə yatmışdısa, elə də oturacaqda quruyub qalıb.
“Onun tay-tuşları hamısı yaşayır. Nə etdisə özünə etdi. Uşaqlar da yerbəyer oldu, vaxtsız gedən Kamil oldu. Çox sevirdim onu, bu gün həyatım təkrar olunsa, yenə o adamla ailə qurar, bu qədər zülmə rəğmən yenə ona ərə gedərdim”,- xanımı belə deyir.

3143 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024